AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


03.02.2020  16:54 

“Nar” ictimai fəallığı ilə seçilmiş gəncləri təbrik etdi





A+  A-

Hər zaman gənclərə dəstək olan, onların peşəkar karyera qurmalarına, maariflənməsinə və asudə vaxtının səmərəli keçirilməsinə çalışan “Nar”, 2 fevral – Gənclər Günü münasibətilə istedadlı və yaradıcı gənclərə öz dəstəyini göstərib. Belə ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş mükafatlandırma mərasimində mobil operator uğurlu fəaliyyəti ilə seçilmiş tələbə gənclər təşkilatlarını təbrik edib.
XəzərNews.az xəbər verir ki, Gənclər Gününə həsr olunmuş tədbirdə 2019-cu ildə müxtəlif sahələrdə nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş gənclər, eləcə də ictimai fəallığı ilə seçilmiş gənclər təşkilatları mükafatlandırılıb. Məqsəd yüksək nailiyyət əldə etmiş gənclərin əməyini qiymətləndirmək, istedadlı gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmaq və onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir.

Qeyd edək ki, “Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində gənclərin cəmiyyət üçün əhəmiyyətini anlayaraq, onların maariflənməsi, dünyagörüşü və analitik düşüncə bacarığını inkişaf etdirən layihələrə dəstək verib. “Nar”ın KSM layihələri haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +