AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.02.2020  12:19 

Onlar Ayaz Abdullayevi dəstəkləyir





A+  A-

“Məqsədə doğru gedən yol hamar olmur. Daşlı-kəsəkli, əzab-əziyyətli olur. Bu sınaqdan çıxanlar həmişə həyatda uğur qazanır”. 95 saylı Tərtər Seçki Dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd Ayaz Abdullayev aqillərin bu deyimini erkən yaşlarından özünə həyat şüarı seçib.


Doğulub boya-başa çatdığı ailədə bu fikirlər ona erkən yaşdan təlqin olunub. Orta və ali məktəbi yaxşı qiymətlərlə oxuyub, 1990-1992-ci illərdə N saylı Hərbi Hissədə xidmətini nizam-intizamla başa vurduqdan sonra adını “əmək cəbhəsi” sıralarına yazdırmağa müvəffəq olub. Ata-babası kimi pambıq fabrikindən başlayıb əmək fəaliyyəti. Gənc yaşlarından yaşadığı Tərtər rayonunun əməkçi insanları ilə bir sırada olmaq, onların təcrübəsini görüb-götürmək onun təkcə məsuliyyətli bir işçi kimi deyil, həm də bir insan kimi formalaşmasında mühüm rol oynayıb: “Atam doğulduğum rayonda Pambıq məntəqəsinin müdiri işləyib. Anamın dayısı Nəriman Allahverdiyev isə uzun illər Pambıq Zavodunun direktoru kimi çalışıb. Mənim bu insanların arasında olmağım həyat təcrübəmin formalaşmasına kömək edib. Həmin vaxtlar məktəbdə oxuyan şagirdlər də pambıq yığımında iştirak edirdi. Mən də həmişə zavodda, məntəqədə çalışaraq bu işin içərisində olurdum. Bu, mənim təcrübəmin artmasında və əməyə məhəbbətimin yaranmasında böyük rol oynayıb”.



A.Abdullayevin əmək fəaliyyəti yaşadığı rayonun pambıq zavodu ilə məhdudlaşmayıb. Çalışqanlığı, əməksevərliyi onu daha geniş yollara çıxarıb. Paytaxtın qaynar həyatı əmək kitabçasına rəngarəng səhifələr yazıb. A.Abdullayev müxtəlif illərdə “Azərittifaq”da, Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəsində çalışıb. Gömrük xidməti mayoru kimi işinin öhdəsindən layiqincə gəlib.

95 saylı Tərtər Seçki Dairəsindən Milli Məclisə namizədliyini irəli sürməsini isə əmək fəaliyyətinin davamı, ölkənin inkişafı istiqamətində verəcəyi töhfə kimi dəyərləndirir: “Bizim rayon ermənilərlə təmas xəttində yerləşir. İqtisadi baxımdan rayonumuza kömək etmək, insanların yaşam səviyyəsinə dəstək olmaq istəyirəm. Hesab edirəm ki, bu istiqamətdə doğulub böyüdüyüm rayonun həyatına köməyim dəyə bilər”.



A.Abdullayev namizədlik mərhələsində Tərtər rayonunda, kəndlərində yerli sakinlərlə görüşlərində onların problemlərini dinləyib, istəkləri ilə yaxından tanış olub. Rayonun su qıtlığı, mal-qaranın otarılması üçün örüş yerlərinin azlığı ilə bağlı problem onu narahat edir: “Bu problemlər rayonda insanların təsərrüfat sahələrində çalışmasına maneələr yaradır. Bu tip problemlərin aradan qaldırılması istiqamətində insanlara yardımçı olmaq istəyirəm”.

Rayonun ağsaqqal və ağbirçək insanları, hörmətli adamları seçkidə A.Abdullayevi dəstəkləyəcəklərinə söz veriblər. Hətta “Biz səsimizi yalnız sənə veririk” - deyənlər də çox olub. “Milli Məclisə seçkilərə məhz bu dairədən namizədliyimi verməyim təsadüfi deyil. Bura mənim doğma yurdumdur. Tərtər o yurddur ki, mən burada anadan olub boya-başa çatmışam, buranın çörəyini yemişəm, tərbiyəsini almışam, burada böyümüşəm və buradan şəhərə getmişəm. Bu rayon həyatımda mühüm rol oynayıb. Buna görə də mən məhz bu rayondan millət vəkili olmaq istəmişəm. Mən bu rayonda yaşayan insanlarla bir yerdə olmaq, onların dərd-sərini bölüşmək və dədə-babamın uyduğu torpağın millət vəkili olmaq istəmişəm” - deyə deputatlığa namizəd məramını açıqlayır.



A.Abdullayev seçki ilə bağlı təbliğat-təşviqat işlərini düzgün istiqamətdə qurub. Seçki qərargahı fəal işləyir. Seçiciləri ilə görüşlərini həm qərargahda keçirib onları dinləyir, həm də kəndbəkənd gəzərək sakinlərlə görüşür. Seçkinin şəffaf keçəcəyinə, işgüzar, vətənpərvər insanların millət vəkili seçiləcəyinə isə əmindir: “95 saylı dairədə 12 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərin hamısı da Tərtər sakinləridir. Hesab edirəm ki, bu il seçki rəngarəng olacaq. Nəzərə alsaq ki, hər bir namizədin də 500 və ya 1000 seçicisi səs verəcək, onda bu fakt normal seçki keçiriləcəyinə əsas verir”.



Millət vəkili seçiləcəyi təqdirdə isə, Tərtər rayonunun iqtisadi həyatı, insanlarının rifah halı ilə bağlı arzu və planları, seçiciləri qarşısında öhdəliklərinin daha çox olacağını deyir: “Ən böyük arzum budur ki, mənim xalqım, mənim rayonum və kəndlərimin insanları daha yaxşı, firavan yaşasınlar. Çünki onlar buna layiq adamlardır. Mən də bu istiqamətdə əlimdən gələni öz camaatımız üçün əsirgəməyəcəyəm”.







Xəbər 2295 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +