“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


30.01.2020  18:25 

“11 dəfə qaydanı pozub” - BNA-dan Ədalət Şükürova cavab





A+  A-

Bakı Nəqliyyat Agentliyi əməkdar artist Ədalət Şükürovun sosial şəbəkədə qurumu fəaliyyətsizlikdə günahlandırmasına münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, Ədalət Şükürov son bir ildə dayanma və durma qaydalarını 11 dəfə pozduğu üçün barəsində inzibati tənbeh tədbiri görülüb:

"Agentliyin öz vəzifələrini icra etməsinin təsdiqi kimi sadəcə hörmətli əməkdar artistinin şəxsi avtomobili ilə törətdiyi və əməkdaşlarımız tərəfindən qeydə alınan bir neçə qayda pozuntusunu göstərmək istərdim. Belə ki, son bir ildə Ədalət Şükürov istifadəsində olan 10 PB 002 Dövlət Qeydiyyat Nişanlı avtomobillə dayanma və durma qaydalarını 11 dəfə kobud şəkildə pozduğuna görə barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin qayda pozuntularının əksəriyyəti avtobus dayanacağında dayanma, ikinci cərgədə dayanma, yolayrıcında dayanma və digər buna bənzər qayda pozuntularıdır.

Bakı Nəqliyyat Agentliyi hər bir hərəkət iştirakçısına hörmətlə yanaşaraq, paytaxtda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz eyni zamanda, rahat hərəkətini təmin etmək istiqamətində işlərini davam etdirir. Bu fəaliyyət zamanı ictimai statusundan aslı olamayaraq qaydayaları pozan hər bir sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bunu etməkdə əsas məqsəd isə bir daha vurğulayıram ki, paytaxtın küçə və prospektlərində fasiləsiz, təhlükəsiz hərəkətin, əhalinin zəruri mobilliyini təmin etməkdir.

Bəzi məşhur şəxslərin bu fəaliyyəti dəstəkləmək əvəzinə bəzən ictimaiyyətdə yanlış rəy formalaşdıra bilən subyektiv fikirlər yürüdürlər ki, bu da təəssüf doğurur.

Eyni zamanda, hörmətli əməkdar artistin maarifləndirilməsi və görülən işlər barədə məlumatlandırılması zərurətini nəzərə alaraq, onu məmnuniyyətlə fevralın 3-də Bakı Nəqliyyat Agentliyinə dəvət edirəm. Bu zaman hörmətli sənətçimizə qayda pozuntusuna dair foto materiallar da təqdim olunacaq. Ədalət Şükürovun dəvəti qəbul edəcəyinə və “Pul yığırlar” kimi iddialarına əsaslı cavab verəcəyinə ümid edirəm".

Qeyd edək ki, Ədalət Şükürov BNA-dan şikayətçi olduğunu bildirib. İfaçı instaqram hesabında qeyd edib ki, qurumun işçiləri heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar.

Xəbər 3107 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +