Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


23.01.2020  11:19 

Aqşin Fateh onu şantaj edən qadından danışdı





A+  A-

“Tanınmış insanlar hər zaman diqqət çəkib. Bir qadın var, adını çəkmək istəmirəm, söz vermişəm. Birinci bahalı hədiyyələr göndərir, sevgisini göstərməyə çalışırdı. Mənə 1500-2000 manatlıq saat hədiyyə vermişdi. Daha sonra ətir, telefona böyük məbləğdə kontur vururdu. Zəng vurub mənimlə maraqlanırdı. Bir dəfə də rəfiqəsinin ad gününə çağırmışdı. Bu zaman istər-istəməz səmimiyyət yarandı. Danışırsan, xoş söz deyirsən. Amma səsini yazır, daha sonra montaj edir”.
XəzərNews.az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh “Şou ATV” proqramında deyib. İfaçı bir xanım tərəfindən şantaja məruz qaldığını qeyd edib: “Məndən incimişdi, gecə məni bir ad gününə çağırmışdı və getməmişdim. Cavab verdi ki, sənə bu qədər diqqət göstərmişəm. Söylədim ki, mən sizin münasibətinizi bilsəydim, dərhal cavab verərdim ki, evliyəm. Hədiyyələrinin hamısını ona qaytardım.

Mənə dedi ki, ailənə zəng vurub deyəcəm ki, Aqşin mənimlə sevgilidir. Mən öz səsimə qulaq asanda inanmadım. Elə düzüb- qoşmuşdular ki... Kim qulaq assa, inanar. Həmin dövrdə çox stress keçirdim. Sonradan öyrəndim ki, bu xanım başqa imkanlı şəxslərə, müğənnilərlə bağlı da belə addım atıb. Bir sənətçidən bir neçə min manat pul alıb.

Hadisə bir il bundan əvvəl baş verib. Məndən 10 min manat pul istədi. Cavab verdim ki, pulum yoxdur. Gizli nömrədən zəng vururdu, tapa bilmirdim. Ukraynadan proqramist dostlarıma müraciət etdim. Onun bütün ünvanlarını, bank hesablarını mənə göndərdilər. Onu tapdım, dedim ki, başqa adamları da şantaj etmisən. “Quran”a əl basıb and içdi ki, daha etməyəcək”.

Xəbər 3182 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +