Hüsnü Mübarək vəfat etdi
Ərdoğan Bakıdadır
Sabahın havası açıqlandı
DYP-nin baxış bucağı və onun “902”-si
Bu avtobusların yolu dəyişdiriləcək
Ev heyvanları koronavirus daşıyıcısıdır?
Ərdoğan Bakıya gəlir
Sabah Bakıda bu yollar bağlı olacaq
Rafiq Həşimov AzTV sədrinin müavini oldu
Bakıda polis öldürüldü


21.01.2020  13:14 

Fərhad Əhmədovun eks-xanımı oğlunu məhkəməyə verdi





A+  A-

Azərbaycan əsilli rusiyalı oliqarx Fərhad Əhmədovun keçmiş həyat yoldaşı, Böyük Britaniya vətəndaşı Tatyana Əhmədova, eyni zamanda İngiltərə vətəndaşı olan oğluna qarşı ittiham ilə London Ali Məhkəməsinə müraciət edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Məlumata görə, Əhmədova hesab edir ki, 26 yaşlı oğlu Teymur Əhmədov atasına İngiltərədəki ən böyük boşanma ödənişinin qarşısını almaqda kömək edib.

Tatyana Əhmədovanın vəkillərinin sözlərinə görə, “STE Capital” şirkəti vasitəsilə əmtəə fyuçersləri ilə uğurlu ticarət edən Temur Əhmədov milyarder atası ilə anasına 453 milyon funt sterlinq məbləğində kompensasiya verilməsi qərarının icrasını pozmağa cəhd edib.

Nəşr bildirir ki, Teymur Əhmədov məhkəməyə boşanma prosedurunun bütövlükdə qanunsuzluğunu təsdiqləyən materialları təqdim edib. Bundan başqa, Əhmədovun vəkilləri Tatyana Əhmədova ilə onun maraqlarını məhkəmədə təmsil edən“Burford Capital” hüquq firması arasında danışıq şərtlərini araşdırmağı tələb edib.

Vəkillər hesab edirlər ki, “Burford Capital” müvəffəqiyyətli bir qərar çıxarıldığı təqdirdə “müvəffəqiyyət haqqı” adlı mükafatı alacağını gözləyir. Bildirilir ki, İngiltərədə belə “nəticəyə görə ödəmə” cinayət və ailə halları istisna olmaqla, bütün kateqoriyalar üçün icazə verilir. Bu isə o deməkdir ki, “Burford Capital” “müvəffəqiyyət haqqı” ilə İngiltərə qanunlarını pozur.

Qeyd edək ki, daha öncə KİV-də Əhmədovanın İngiltərənin Surrey qraflığında dəyəri 20 milyon funtdan da baha olan dəbdəbəli ev aldığı yazılıb. Məlumata görə, adicə evin içərisində saxlanılan rəsm kolleksiyası 30 milyon funt dəyərində qiymətləndirilir.

Məhkəmə Teymur Əhmədovun dəlillərini “Burford”un bu prosesdə iştirakını qanunsuz elan etməsi üçün kifayət qədər hesab edərsə, qəzetin yazdığı kimi, bu, yalnız məhkəmə qərarının yenidən işlənməsinə deyil, həm də ailə mübahisələrinə dair bütün məhkəmə investisiya təcrübəsinə qadağa qoyulmasına səbəb ola bilər.

Qeyd edək ki, F. Əhmədovla xanımı Tatyananın boşanma prosesi Böyük Britaniyanın ən bahalı boşanma proseslərindən biridir. London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq iş adamının ona 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarmışdı. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan etmişdi.

Xəbər 714 dəfə oxunub.



25.02.2020  17:45 

“Qarabağ” Avropada 4-cü oldu

25.02.2020  16:05 

AFFA Mahir Emrelini cəzalandırdı

25.02.2020  15:24 

Hüsnü Mübarək vəfat etdi

25.02.2020  14:54 

3 şəkil çəkdirib 300 min aldı

25.02.2020  14:23 

Ərdoğan Bakıdadır

25.02.2020  13:58 

Sabahın havası açıqlandı

25.02.2020  11:09 

Ərdoğan Bakıya gəlir

25.02.2020  10:07 

Bakıda polis öldürüldü


BÜTÜN XƏBƏRLƏR +