Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


21.01.2020  13:07 

Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək





A+  A-

Beynəlxalq Şahmat Federasiyası ölkəmizin mötəbər yarışa ev sahibliyi etmək istəyinə müsbət cavab verib.
XəzərNews.az xəbər verir ki, 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda təşkil olunacaq. Yarış oktyabrın 2-də start götürəcək və 10 gün davam edəcək.

Ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Qeyd edək ki, 2015-ci ildə Bakıda şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə böyüklər arasında Ümumdünya Şahmat Olimpiadası keçirilib.

Xəbər 3623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +