Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


20.01.2020  15:27 

“Qoca”nın qardaşı saxlanıldı





A+  A-

Hacıqabul RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 53 yaşlı Azad Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, A.Məmmədovun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, ona məxsus iki ədəd patron, ümumi çəki 41, 278 qram narkotik vasitə tiryək və iki kibrit qutusunda ümumi çəkisi 11,69 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 1 ədəd plastik qabda ümumi çəkisi 275 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zaman konvoy mühafizəsi altından qaçmış, daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun (“Qoca” - red.) qardaşıdır.

Xəbər 2648 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +