Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.01.2020  17:33 

Məzahir Pənahovla Gülağa Aslanlı arasında iclasda gərginlik





A+  A-

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Müsavat Partiyası Zaqatala rayon təşkilatının sədri, 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Saleh Soltanovun namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə baxılıb.
XəzərNews.az xəbər verir ki, iddiaçı yaşadığı problemlə əlaqədar Mərkəzi Seçki Komisssiyasına teleqram vurduğunu, həmçinin dəfələrlə qurumun Qaynar Xəttinə müraciət etdiyini qeyd edib.

İclasda iştirak edən Müsavatın seçki qərargahının sədri Gülağa Aslanlı söz istəyərək sözügedən dairədə bir çox qanun pozuntularının yaşandığını və MSK-nın müraciətlərə cavab vermədiyini vurğulayıb. Müzakirə əsanasında G. Aslanlı ilə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.

Son olaraq M. Pənahov şikayətin əsassız olduğunu bildirib: “Sizin köhnə Mərkəzi Seçki Komissiyasının üzvü olduğunu nəzərə alaraq söz verdim, ancaq sizin şikayətçinin əvəzinə danışmaq hüququnuz yoxdur. Bizim də əsəbimizin həddi var. Məntiqli formada bildirilmiş bütün iradları nəzərə almağa hazırıq”.

Qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, MSK onun müraciətini təmin etməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Xəbər 3591 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +