Hüsnü Mübarək vəfat etdi
Ərdoğan Bakıdadır
Sabahın havası açıqlandı
DYP-nin baxış bucağı və onun “902”-si
Bu avtobusların yolu dəyişdiriləcək
Ev heyvanları koronavirus daşıyıcısıdır?
Ərdoğan Bakıya gəlir
Sabah Bakıda bu yollar bağlı olacaq
Rafiq Həşimov AzTV sədrinin müavini oldu
Bakıda polis öldürüldü


16.01.2020  14:28 

Saxta spirtli içki hazırlayıb satan dəstə saxlanıldı





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstəyə qarşı əməliyyat keçirib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edib.

İstifadə olunmuş xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır.
Nazim Duşdurova məxsus Bakı şəhəri Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilmişdir ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir.

Aşkar olunan faktla bağlı Baş İdarədə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 125 dəfə oxunub.



25.02.2020  17:45 

“Qarabağ” Avropada 4-cü oldu

25.02.2020  16:05 

AFFA Mahir Emrelini cəzalandırdı

25.02.2020  15:24 

Hüsnü Mübarək vəfat etdi

25.02.2020  14:54 

3 şəkil çəkdirib 300 min aldı

25.02.2020  14:23 

Ərdoğan Bakıdadır

25.02.2020  13:58 

Sabahın havası açıqlandı

25.02.2020  11:09 

Ərdoğan Bakıya gəlir

25.02.2020  10:07 

Bakıda polis öldürüldü


BÜTÜN XƏBƏRLƏR +