Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


15.01.2020  09:41 

Madər Musayevin Seçki Qərargahı açıqlama yaydı





A+  A-

“Son günlər 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa namizəd Madər Musayevə qarşı bəzi media resurslarında qara PR kampaniyasına başlanıb. Təəssüf ki, bu kampaniyanın iştirakçıları arasında Madər Musayevlə eyni dairədən namizədliyini irəli sürmüş şəxslər də var.”
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Madər Musayevin Seçki Qərargahı yayıb.

Məlumatda bildirilir ki, “reket” internet resursları tərəfindən yayılan qeyri-dəqiq informasiyaları sosial şəbəkələrdəki hesablarından paylaşan bəzi namizədlər seçkiqabağı təşviqatın aparılması üçün qanunla müəyyən olunmuş vaxtdan əvvəl əks-təbliğatla məşğul olur, əsassız ittihamlarla çıxış edirlər. Bu da seçki qanunvericiliyinin pozulması deməkdir.

Onlar yaxşı bilirlər ki, məlum internet saytların yaydığı sözügedən iddialar əvvəllər də cəmiyyətdə heç bir nüfuzu olmayan digər saytlarda tirajlanıb və Madər Musayev tərəfindən dəfələrlə təkzib edilib”.

Məlumatda daha sonra bildirilir ki, namizədlərin bəziləri sosial şəbəkələrdə Respublikada, o cümlədən Binəqədi rayonunda xüsusi nüfuzu ilə seçilən namizəd üzərindən ajiotaj yaratmaqla diqqəti özlərinə cəlb etmək istəyirlər: “Millət vəkilini sosial şəbəkə iştirakçıları deyil, xalq seçir. Hesab edirik ki, Binəqədi və Biləcəri qəsəbəsində tələb olunan imzaları zorla toplayan bu insanlar 10 saylı üçüncü Seçki Dairəsi ərazisində uğur qazanmayacaqlarını əvvəlcədən bildikləri üçün bu cür taktikanı seçiblər. Bütün bunlara baxmayaraq, onların hər birinə hörmətlə yanaşır, ədalətli, qanunlar çərçivəsində mübarizə aparmağa dəvət edirik”.

Xəbər 1651 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +