“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


15.01.2020  09:26 

“Neft sənayesi Azərbaycanın dayağıdır“ - Xoşbəxt Yusifzadə





A+  A-

"Mən necə danışım, heç özüm də bilmirəm. Məni o qədər təriflədiniz ki, mənim haqqımda o qədər yaxşı söz dediniz ki, gözümdən yaş gəldi. Yadıma düşdü, İranda idik. Cənab Heydər Əliyev orada məni tərif elədi. Bu, Heydər Əliyev ilə axırıncı dəfə biz İranda olanda olmuşdu. Mən protokola görə ən axırda dayanmışdım. Gəlib mənim yanımdan keçəndə dedi: gördün, səni nə qədər təriflədim, nə qədər yaxşı sözlər dedim. Dedim ki, hörmətli Prezident, o qədər gözəl sözlər dediniz ki, mənim gözümdən yaş gəldi. Dedi, bura bax, gözünün yaşını sil, özün də get iranlılarla söhbətini davam elə, Allaha şükür, danışmağa da həvəsin var".
XəzərNews.az xəbər verir ki, bunu görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 90 illik yubileyi münasibətilə keçiriləm mərasimdə bildirib.

Xoşbəxt Yusifzadə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib:

- İndi o qədər mənə yaxşı sözlər dediniz, o qədər gözəl sözlər dediniz ki, mən bunların cavabında söz deməyə çətinlik çəkirəm. Nə deyim ki, buna bərabər olsun. Elə mənə Heydər Əliyevin ordeninin verilməsi. Mən Heydər Əliyevin qarşısında həmişə baş əyirəm. O, Azərbaycanda birinci ordeni mənə verdi, elə Siz də. Təkrar etmək istəmirəm. Sonra da onun adı ilə bağlı olan nə alıramsa, bu, mənim üçün çox böyük hədiyyədir, çox böyük bir mükafatdır.

Bilirsiniz, mən Heydər Əliyevlə 1969-cu ildə tanış olmuşam. 1970-ci ildə Xəzərin cənubdan şimalına qədər bütün işlənməsini bizə tapşırdılar. Onda Heydər Əliyev məni birliyin baş geoloqu təyin elədi. O, respublikaya rəhbərliyə gələndə neft sənayesinin vəziyyəti bir o qədər də yaxşı deyildi. Çünki dənizin dərinliyi 40 metrə qədər olan sahələrində yataqlar kəşf olunmuşdu, amma dərinə getməyə nə bizdə gəmi vardı, nə də maliyyə. Vəziyyətimiz çox çətin idi. Onda o, bizi yığdı, söhbət etdi, birlikdə qərara gəldik ki, gəmilər alınmalıdır və digər işlər görülməlidir. Bir neçə il ərzində 11 üzən qazma qurğusu alındı. Əvvəlcə özüqalxan, sonra yarımbatan gəmilər alındı və dənizdə kəşfiyyat işləri başlandı. “Azəri”, “Çıraq”, “Günəşli”, “Bahar” və başqa yataqlar - onların kəşf olunması elə o vaxtın nailiyyətləridir. Bu yataqlar kəşf olundu, daha nə lazımdır? Deməli, bunlara platforma lazımdır, dərin özüllər zavodunun tikilməsi lazımdır. O vaxt, sovet hökuməti vaxtı onu Həştərxanda tikmək istəyirdilər. Onu, 450 milyon dollarlıq zavodun Bakıda tikilməsi hər adamın işi deyildi. Bunu ancaq Heydər Əliyev kimi adam edə bilərdi, o da alındı.

Heydər Əliyev o vaxtlar elə işlər görürdü, sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, gələcəkdə bunlar hamısı Azərbaycana lazım olacaq. Onun bünövrəsini cənab Heydər Əliyev elə sovet vaxtında qoymuşdu. O, bunları etdi, sonra Azərbaycan müstəqil olandan sonra yenə həyat belə gətirdi ki, Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik edəndə də yenə neft sənayesinin vəziyyəti çox pis idi. Ümumiyyətlə, sovet hökuməti axırıncı illərdə neft sənayesinə bir o qədər fikir vermirdi. Çünki Azərbaycan dənizdə işlədiyi üçün xərc çox gedirdi. Başqa yerlərdə yataqlar açılmışdı - Sibirdə, Tatarıstanda. Ona görə də Azərbaycana o qədər də fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti daha da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərliyə gələndə yenə neft sənayesi ilə maraqlandı, bütün respublikada dəyişikliklər etdiyi kimi, dedi ki, neft sənayesində də nə etmək olar.

Orada yataqlar açılmışdı. Hərdən hörmətli İlham müəllim deyir, yaxşı ki, o vaxtlar bunları işlətməmisiniz, yoxsa, indi bizim üçün bir şey qalmazdı. Sovet vaxtında bunları biz işlədə bilməmişdik. İndi bunları işlətməkdən ötrü yenə bizdə nə pul var idi, nə texnika var idi. Onda Heydər Əliyev, hörmətli Prezident belə qərara gəldi ki, gəlin, xariciləri dəvət edək. O vaxtlar xarici sözünü deyəndə Azərbaycanda buna bir cür baxırdılar. Görəsən, bu, nə olan şeydir, niyə, bizim öz təcrübəmiz yoxdur ki? Amma təcrübəmiz də var idi, ağlımız da, pulumuz yox idi, texnika yox idi. Ona görə də biz mütləq bunu etməliydik. Bir də ki, xarici şirkətlərlə iş görmək bir əcaib şey deyildi. Dünyanın bütün dövlətləri, elə lap böyük Amerika da, İngiltərə də, ələlxüsus dənizdə iş görəndə. Çünki bunlar baha başa gəlirdi.

Ona görə də qərara alındı ki, mütləq xarici şirkətlərlə müqavilə bağlansın. O vaxt danışıqlar getdi. O vaxtlar bunlar başlanmasaydı, o vaxt, əlbəttə, bu kontrakt işlənməsəydi, buna qol çəkilməsəydi, cənab İlham Əliyev demişkən, indi Allah bilir biz nə gündə idik. Bunu da elədi, bunu da başladı. O gün deyir ki, “Azəri-Çıraq”dan çıxarılan neftin miqdarı 500 milyonu keçdi. Bu, 500 milyon nədir, bu, neft nədir, bunun qiyməti nə qədərdir? Görün, indi bunun bizim üçün nə qədər əhəmiyyəti oldu.

İndi həyatdır da, Heydər Əliyev dünyasını dəyişdi. Onun yerinə cənab İlham Əliyev gəldi. İndi cənab İlham Əliyev gələndə, əlbəttə, cavandır, fikirləşirdi, hərənin bir fikri var idi. Amma bir neçə ildən, bir neçə işdən sonra cənab İlham Əliyev bütün aləmə, nəinki Azərbaycana, bütün Avropaya, bütün dünyaya özünü təsdiq elədi ki, doğrudan da bu respublikaya gözəl bir rəhbər gəlib.

Onun gördüyü işləri saymaqla qurtaran deyil. İndi bu qədər məktəblər tikilir, bu qədər yollar çəkilir. Hərdən mən çaşıram ki, bunlar yox idi, indi nə qədərdir. Olanları da pis vəziyyətə düşmüşdü. Azərbaycan öz simasını 180 dərəcə dəyişib. Odur ki, mən hərdən bunu təkrar edirəm, 15-20 il, ya 10 il Azərbaycanda olmayan adam, gəlib Azərbaycana baxanda təəccüb edir. Doğrudan da bu qısa müddətdə belə işlər görülüb. Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycana, bütün dünyaya başa saldı ki, müstəqillik, Azərbaycanın müstəqil olması nə deməkdir. Mən bunu çox yaxşı bilirəm. Çünki mən 60 ilimi, 90-nın 60 ilini sovet vaxtında yaşamışam, 30 ilini müstəqillik dövründə. O dövrlə bu dövrü müqayisə edəndə, mən müstəqilliyin ləzzətini yaxşı bilirəm. Başqaları bəlkə də elə-belə hiss edir. Ləzzətini görürəm, heyran oluram. Bir sözümüz yox idi, gedirdik, elə müdafiə etməyə. Bir quyu almaq üçün bir həftə qalırdım Moskvada, isbat edim ki, bu quyunu vermək lazımdır, bu quyunu qazmaq lazımdır. İndi özümüz öz ağamızıq, quyumuzu da qazırıq, hərdən boş da çıxa bilər. Özümüzük də, özümüzünküdür, qoy, necə çıxar elə də çıxsın. İndi bütün bunlar cənab İlham Əliyevin gördüyü işlərin nəticəsidir.

Dünən mən bu məlumatlara qulaq asdım. Düz gecə saat 11-dək qulaq asdım. Gör, hələ bu il nə qədər yeniliklər əldə olunub, elə hər il. Sonra müqayisənizə qulaq asdım. Allaha şükür, Allah ona bir yaddaş verib ki, məndən də yaxşı bilir, nə vaxt nə almışam. O rəqəmləri bir-bir, - özü də hərdən xanımım da oturur bir yerdə baxırıq - ingilis dilində, bir dənə kağız yox, bu qədər şeyi yadda saxlamaq. Bunlar hamısı necə yadda qalıb, bir-bir bunların hamısı deyilir.

Hə, bir də bir şeyi qeyd edim, ayın 11-də Pirşağıda mənim 90 illiyimi keçirdilər. Bunlar mənim 70 illiyimdə dedilər eləyək, 80-də dedilər. Axırı dedim, 90 ildir də. Orada bir söz dedim. Biri deyir ki, gəlin, Xoşbəxtin yaşını çevirək 91-ə, tərsinə 19 deyək. Dedim, necə deyirsiniz deyin, doxsan doxsandır, istəyirsən tərsinə de, istəyirsən düzünə de.

Sonra orada bir şeyi təkrar etdim. Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?

İndi bir kənddə, mənim balaca kəndimdə gör nə qədər dəyişikliklər olub. İndi də söz gəldi, gərək deyim. Atam Pirşağıda ev tikdirəndə bizim bu evimiz demək olar, kəndin bütün evlərindən yaxşı idi. İndi o qədər gözəl evlər tikilib ki, bizim ev bunların yanında komaya oxşayır. Bu dəyişikliklərin hamısı bizim müstəqilliyimizin vaxtında yarandı. Bu, böyük işdir. Ona görə mən Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Mehriban xanım, Sizin haqqınızda danışım. Bu gün oxudum, görürəm saytınızda məni təbik etmisiniz. Axşamadək dözməmisiniz, elə gündüz təbrik etmisiniz. Mən Sizdən də çox razıyam. Sizin haqqınızda o dəfə danışdım. Sizin gördüyünüz işlərin də hamısı göz qabağındadır - istər Azərbaycan üçün, istər bütün dünya üçün. Siz Azərbaycanı bütün Avropaya tanıtmısınız. İndi Avropada elə bir ölkə yoxdur ki, Azərbaycanı tanımasın. Gedirsiniz kəndlərə, gedirsiniz məktəblərə, bağçalara, camaatdan xəbər tutursunuz. Uşaqlarla bir yerdə şəkil çəkdirirsiniz.

İndi İlham Əliyev haqqında demək istəmirəm, o, artıq bunları edə-edə gedir. İndi Siz də yarışa girmisiniz, görək kim çox adamla görüşər, kim onların qayğılarına daha çox qalar.

Mən Sizə də uzun ömür, cansağlığı arzulayıram, hər halda biz ayyarım Hyustonda bir yerdə külüng vurmuşuq. Mən həmişə təkrar edirəm ki, Siz, bizim bacımız, arxamızca həmişə su atırdınız ki, işiniz yaxşı getsin. O da bir günlər idi. İndi də əl-ələ verin İlham müəllimlə, Prezidentimizlə əl-ələ verin, bu respublikanın inkişafı üçün, gələcəyi üçün əlinizdən nə gəlirsə edin. Yəqin neftçilər arasında məndən yaşlısı yoxdur. Bəlkə orada rəhbər işçilər də var, onların hamısının adından demək istəyirəm öz sözümüzü, biz sizin arxanızda dağ kimi dayanmışıq, hər nə olsa, harada olsa. Çünki neft sənayesi Azərbaycanın dayağıdır. Neft sənayesi, indi qeyri-neft sektoru deyirlər, mənim sözüm yoxdur. Əlbəttə, ilk illər neft sənayesindən başqa bizim əlimizdə elə bir şey yox idi ki, respublikanı qabağa aparaq.

Birinci növbədə, əlbəttə, ən tez gəlir götürmək üçün əsas element neft idi. Respublikanın vəziyyətini ancaq neft sənayesi ilə düzəltmək olardı. Ona görə də cənab Heydər Əliyev taktikanı düzgün seçdi. Onun neft strategiyası Azərbaycanı bu dərəcəyə gətirib çıxardı. İndi amma elə vaxtıdır ki, başqa işə keçmək olar. Harada? Neft sənayesi öz sözünü dedi. Buna baxmayaraq, hələ büdcənin 56-57 faizi neftdən gəlir. Buna sözümüz yoxdur, amma qeyri-neft sektorunu inkişaf etdirmək olar. Ona görə də indi vaxtdır, onu da başlamısınız, çox gözəl başlamısınız, gözəl də nəticələr əldə edirsiniz. İl-ildən də bunlar, əlbəttə, daha da yaxşı olacaq.

Sağ olun, çox sağ olun. Mən Sizə çox minnətdaram ki, bu qədər adam yığılıb bura, onların hamısı məni də çox istəyirlər, başa düşürəm. Amma Siz dövlət başçısısınız, onların da hamısı gəlib buraya. Mən hamınıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, burada iştirak edirsiniz. Sizə indi nə arzulayıram - ömrünüz gəlsin-getsin, doxsanda dayanmayasınız. Nə qədər qüvvəniz var işləyəsiniz, ölkəyə, dövlətə xeyir verəsiniz. Sizin hamınıza uzun ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm.

Diqqətinizə görə çox sağ olun.

Xəbər 1327 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +