Düşmənin daha iki tankı məhv edildi
Sabah Bakıda 26 dərəcə isti olacaq
Ağdamda daha bir mülki şəxs həlak oldu
Vilayət Eyvazov bu ərazilərə komendant təyin edildi
Bakıdan bu uçuşlar ləğv edildi
Bakı-Sumqayıt yolu BAĞLANIR
Ermənistan növbəti itki siyahısını açıqladı
İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu
BMT-nin Baş katibindən ÇAĞIRIŞ
Hərbi vəziyyət elan olundu


13.01.2020  15:30 

Evlərin sığortalanması mövzusuna nöqtə qoyuldu - “Cərimə olmayacaq”





A+  A-

İcbari Sığorta Bürosunun yaşayış yerləri və mənzillərin icbari sığorta məsələsi ilə bağlı verdiyi açıqlama, nəhayət ki, vətəndaşlar arasında yaranmış müzakirələrə aydınlıq gətirib.
XəzərNews.az xəbər verir ki, "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən qurumun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:

“Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, İcbari Sığorta Bürosunun rəhbərinin açıqlaması ajiotaja bir müddətlik nöqtə qoyub:

“Söhbət ondan gedir ki, Dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən alması üçün zəruri qanunvericilk aktı yoxdur. Yəni, bu qayda olmayınca DƏK qeydiyyatlı evlərin siyahısını İSB-yə ötürə bilməz. Bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq və deməli, cərimə də olmayacaq. Ona görə də, Nazirləri Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil. Əslində, ajiotaja səbəb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı olub. Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər.

Odur ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir. Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır”.

Qeyd edək ki, Bakı şəhəri üzrə 25000 manat sığorta məbləği olmaqla sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20000 manat sığorta məbləği olmaqla sığorta haqqı 40 manat, digər şəhər və rayonlarda 15000 manat sığorta məbləği olmaqla sığorta haqqının 30 manat təşkil etdiyi barədə məlumatlar yayılmışdı.

Xəbər 733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.09.2020  12:36 

Bakıdan bu uçuşlar ləğv edildi

28.09.2020  11:16 

Bakı-Sumqayıt yolu BAĞLANIR

28.09.2020  00:26 

BMT-nin Baş katibindən ÇAĞIRIŞ

27.09.2020  18:45 

Hərbi vəziyyət elan olundu

27.09.2020  18:36 

Murov zirvəsi azad olundu


BÜTÜN XƏBƏRLƏR +