Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.12.2019  12:19 

Yanvarın 1-dən tətbiq olunacaq cərimələr + SİYAHI





A+  A-

2020-ci ilin yanvarın 1-dən etibarən daşınmaz əmlakın icbari sığortası, uşaqların zərərli informasiyadan qorunması və müştərilərinə xidmət göstərən fiziki şəxslərlə bağlı sahələrdə nəzarət tədbirləri artırılacaq.
XəzərNews.az baku.ws-ə istinadən xəbər verir ki, yanvar ayının 1-dən bir sıra cərimələr və prezidentin imzaladığı fərmanlar qüvvəyə minəcək.

Yanvarından 1-dən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq. Bu, prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda öz əksini tapıb.

Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği məlum olub. Bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Məcəlləyə edilən yeni əlavəyə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə yayımlanmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcəklər.

2020-ci il yanvarın 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanacaq. Yalnız qeydiyyatı olan evlər və obyeklər icbari qayadada sığortalanacaq. Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa yenidən cərimələnə bilər.

Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Bu şəxsləri "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergo orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Xəbər 524 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +