Turistlərin keçdiyi yolda zibillər dolub-daşır
“Bu təşəbbüs dünyada təsdiqini tapmış modeldir”
Sakinlər kəndlərini niyə tərk edirlər?
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı


18.12.2019  09:46 

“Bəzi yerləri qəsdən yandırırlar” – Kəmaləddin Heydərov





A+  A-

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov son günlər ticarət mərkəzlərində baş verən yanğınlardan danışıb.
XəzərNews.az-ın məlumatına görə, nazir deyib ki, dünyanın heç bir yerində belə bir şey yoxdur ki, təbii fəlakətlərdən, texniki səbəblərdən baş verən hadisələrdə əhaliyə dəyən zərər kompensasiya olunsun: "Bu, prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində dəfələrlə ölkəmizdə baş verən hadisələr zamanı tətbiq olunub. Amma bu başqa dövlətlərdə yoxxdur. Hər bir fərd öz həyatını sığorta edir.

Bizdə ticarət mərkəzləri tikilir, hər bir şeyi gözəl bəzəyirlər, ammaa onun sığorta məsələsinə diqqətsiz yanaşırlar. Və haqsız olaraq dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir şey öz əksini tapıb. Mallar necə sığortalanır bunların hamısı öz əksini tapıb.

Ona görə də bu sahədə FHN-in və bilavəsitə bu işlərlə məşğul olan dövlət qurumlarının fəaliyyəti artmalıdır. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı işlər sayəsində insan itkisi baş verməyib. Amma mülklərə zərər dəyib, yanıb. Bu sığorta mədəniyyətini mənimsətsək, gələcəkdə bu problemlər olmaz. Heç kim heç nədən sığortlanamyıb. Heç kim qarantiya verə bilməz ki, hansısa bir hadisə baş verməyəcək. Əhalinin özü də diqqətli olmalıdır. Bəzən biçilmiş taxıl sahələri yandırılır və bu da böyük zərər vurur.

Gələcəkdə bu məsələlərlə bağlı nəzarəti gücləndirmək və əhaliyə çatdırmaq lazımdır. Qurumlar bunu tam şəkildə maarifləndirsin. Artıq elə bir zaman yetişir ki, siz görürsünüz, ayrı-ayrı ölkələrdə meşə yanğınları baş verir, aylarla söndürülə bilməyən meşələr var, dağ əraziləri var. Məsələn, bizim də xatirimizdədir ki, bəzi yerləri qəsdən yandırırlar, meşələrdəki ağacları kəsib izi itirmək üçün yanğın əməllərinə əl atırlar və bu da cəmiyyətdə müxtəlif söz-söhbətlərə səbəb olur. Niyə yandı, necə yandı?..

Hər halda mətbuat orqanlarınin da diqqətinə çatdırmaq istəyirəm ki, bu və ya digər hadisəni FHN və digər qurumlar tərəfindən rəylər verilmədikcə öz bildikləri, öz düşündükləri kimi yazmaq məsələlərində diqqətli olsunlar”.

Xəbər 1236 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.03.2024  10:03 

Yasamalda dəhşətli qəza olub

29.03.2024  23:57 

Zelenski kadr dəyişiklikləri edib

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək


BÜTÜN XƏBƏRLƏR +