Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.12.2019  15:43 

“Piyadalar işıqqaytarıcı geyimlərdən istifadə etsinlər”





A+  A-

Dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Son zamanlar bu cür halların artmasına görə Daxili İşlər Nazirliyi sürücülərə və piyadalara müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov XəzərNews.az-a açıqlamasında bildirib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bu cür bədbəxt hadisələrdən qorumaq lazımdır: “Bakı şəhəri üzrə ümumi qəzaların nisbətinə baxanda piyadaların vurulması üstünlük təşkil edir. Bu da çox ciddi həyacan siqnalının verilməsi deməkdir. Bu hallar bizi və Nazirlik rəhbərliyini çox ciddi narahat edir. Vətəndaşlar Yol Hərəkəti haqqında qanunun 40-cı maddəsi yaxşı öyrənilməli və tələbləri yerinə yetirməlidirlər. Tövsiyə edirik ki, yolun qaranlıq vaxtı piyadalar üzərində işıqqaytarıcı elementlər olan geyimlərdən mütləq istifadə etsinlər. Nəzərə alsaq ki, qış mövsümüdür, qaranlıq tez düşür. İkinci məsələ, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermir. Üçüncüsü, yolun hərəkət hissəsi ilə getmək olmaz. Yağışlı havada yolun hərəkət hissəsi ilə getmək isə riski daha da artırır. Çünki yağış işığı udur, bu gün piyadaların əksəriyyəti də tünd rəngli geyimlərdən istifadə edirlər. Bu rənglər də işığı udduğu üçün sürücülər onları görə bilmir.

Buna görə də piyadalar səki ilə hərəkət etməlidir, yolu piyadalar üçün nəzərdə tutulan yerlərdə keçməlidir, onların üzərində işıqqaytarıcı elementlər olmalıdır, yaxınlaşmaqda olan avtomobillər diqqət etməlidir, onların sürətini qiymətləndirməyi bacarmalıdır, yaxınlaşan avtomobilin qarşısından qaçmamalıdır, onları çaşdırmamalıdırlar. Avtomobillərin tam dayandığına əmin olub yolu keçmək üçün ona yol verdiyinə əmin olduqdan sonra yolu keçsinlər.

Sürücülərə müraciət edirik ki, işıq cihazlarından düzgün istifadə edin, tələsməyin, sürət həddinə fikir verin, yolun sağ hərəkət solağı ilə hərəkət etdikdə sürəti aşağı salın. Xahiş edirik, bu prosesdə hər kəs öz məsuliyyətini dərk etsin. Bu hadisələr bizi çox narahat edir. Hər kəsin bu təbliğata qoşulmasını istəyirik”.

Xəbər 1430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +