Bu gün Azərbaycanda seçkilərdir
Xırdalana gedənlərin NƏZƏRİNƏ!
Rusiya səfiri Azərbaycan XİN-ə ÇAĞIRILDI
Limonad sexində reyd - Tələblər pozulub
XİN adından saxta məlumatlar yayılır
Yeddi yaşlı azərbaycanlı Fransanın məşhur KLUBUNDA -VİDEO
Niyə “Sülh kəsişməsi“ layihəsi reallaşmir?!
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Vilyam Hacıyevin oğlu arvadı ilə “Range Rover”i bölə BİLMİR
Səfirin döydüyü deyilən diplomatın fəaliyyətinə xitam verilib


04.12.2019  23:21 

Kirayə müqaviləsi ilə veriləcək mənzillərlə bağlı açıqlama





A+  A-

Nazirlər Kabineti sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında 459 saylı qərara aydınlıq gətirib.
XəzərNews.az Nazirlər Kabinetinin saytına istinadən xəbə verir ki, sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilir:

"Bu qərar ehtiyacı olan, aztəminatlı ailələrin dövlət tərəfindən kirayə evlə təmin edilməsi üçün normaları müəyyənləşdirir. Yəni dövlət və bələdiyyələr gələcəkdə ehtiyacı olan vətəndaşları sosial kirayə şərtləri ilə yaşamaq üçün nəzərdə tutulmuş xüsusi mənzil fondundan mənzillərlə təmin etməyi planlaşdırır. Belə mənzillər ailələrin mülkiyyətinə verilmir. Bu qərara görə gələcəkdə belə mənzillər verilərkən ailənin hər üzvü üçün 16 kvadratmetr yaşayış sahəsi nəzərdə tutulur. Bu Avropa standartlarına uyğun bir ölçüdür. Xatırladırıq ki, sovet dövründə bu normalar əvvəl adambaşına 5, daha sonra 8 kvadratmetr olmuşdu. İndi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu norma dövlət sosial mənzil fondundan veriləcək mənzillər üçün adambaşına 16 kvadratmetrdir. Bələdiyyələr isə daha artıq ölçüdə mənzillər təqdim edə bilərlər. Hazırda belə mənzillərə ehtiyacı olan vətəndaşların uçota alınması normaları da müvafiq dövlət qurumlarında müzakirə olunur və yaxın müddətdə təsdiq olunacağı gözlənilir. Sosial təyinatlı mənzil fondundan istifadə edəcək vətəndaşlar yerli icra hakimiyyəti orqanlarında uçota alınacaq və növbəlilik prinsipi ilə təmin ediləcəklər. Növbədənkənar təmin ediləcək vətəndaşlar sırasına isə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, habelə xroniki xəstəliklərə tutulmuş vətəndaşlar daxildir. Sosial kirayə müqaviləsi yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında müddətsiz olaraq bağlanır, qarşılıqlı razılıq əsasında və yaşayış yerini dəyişdikdə və s. hallarda ləğv edilə bilər".

Xəbər 1679 dəfə oxunub.




29.01.2025  00:52 

Bu gün Azərbaycanda seçkilərdir

28.01.2025  17:21 

5 ildən sonra üzə çıxdı -Foto

28.01.2025  13:52 

Prezident müşavirə KEÇİRDİ

28.01.2025  13:04 

“Vətən”​ stadionu SÖKÜLÜR


BÜTÜN XƏBƏRLƏR +