“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


02.12.2019  09:57 

Evdə metan qazından zəhərlənmə — Əlamətlər, ilk yardım





A+  A-

Məişət təhlükələrindən biri də evdə adi qazdan ayrılan metandan zəhərlənmədir. Bu qaz mətbəxdə qaz plitəsində, eləcə də yanacaqdoldurma məntəqələrində olur. Metan ucuzdur, faydalıdır, lakin insan üçün toksikidir, ölümə səbəb ola bilər.
XəzərNews.az medicina.az-a istinadən xəbər verir ki, metandan qorunmaq üçün onun barədə az da olsa məlumatlı olub, zəhərlənmə əlamətlərini vaxtında aşkar etmək lazımdır.

Metan nədir?

Bu qaz şəffafdır, qara tüstü və qoxu vermir, görünmür. Ona bildiyiniz qaz qoxusunu verən merilmerkaptan adlı xüsusi əlavədir. Əgər bu maddə metan qazında az olsa və ya insanın qoxu bilmə qabiliyyəti zəifdirsə, burnu tutulubsa, heç bu qoxu da hiss olunmur.Havada həddən artıq olduqda partlayış baş verir.

Açıq havada havadan yüngül olduğu üçün dərhal yuxarı qalxır, ağciyərlərə düşmür. Qapalı məkanda isə uzun müddət dolduqda yığılır. 25% qazla nəfəs almaq kifayətdir ki, zəhərlənmə baş versin. Bir təhlükəli məqam da oldur ki, metan çox asanlıqla hematoensefalik baryeri aşıb, beynə çatıb onu zədələyir. Eləcə də tənəffüs sistemi və mərkəsi sinir sistemini iflic edir.

Zəhərlənmənin əlamətləri:

-Baş ağrısı

-Gözlərdən yaş axma, sulanma

-Ümumi halsızlıq

-Ürəkdə sancı

-Başgicəllənmə

-Yuxunun gəlməsi

-Mərkəzi Sinir sisteminin pozulması

-Hərəkət koordinasiyasının pozulması

-Ürək döyünmələrinin artması

-Huşun itməsi
Ağır formada artıq ürək əzələri, beyin zədələnir, ağciyərlər şişir, xəstədə asfiksiya olur, huşunu itirir, 5-7 dəqiqə sonra ürəyi dayanır

İnsan ilk növbədə insan evdə qəfildən başının ağrıması, sinəsində ağrı olmasına diqqət yetirməlidir.

Əlinizdəkilər yerə düşürsə, səntirləyirsizsə, yerişiniz dəyişibsə, dərhal açıq qapıya doğru gedin, çölə çıxın. Qazla zəhərlənmə ilə tam intoksikasiyanın baş verib, huşun itməsinə qədər cəmi 2-3 dəqiqəniz var.

İlk yardım:

Qazla intoksikasiyada xəstəni təmiz açıq havaya çıxarmaq birinci köməkdir.

Əgər hərəkət edə bilmirsə, qazı söndürüb,bütün pəncərələri açmaq lazımdır

-Xəstənin üst geyimini qurşaqdan yuxarı açmalı, çıxarmalı, kəməri açmalı

-Süni tənəffüs verməli

-Alnına buz, soyuq su qoymalı

-Ayaqlarınını altına hündür bir şey qoyub yuxarı qaldırmaq

-Naşatır spirti qoxlatmaq

-qusma varsa, böyrü üstə çevirib, başını bir qədər yuxarı tutmalı, ağzının içini təmizləməli

-Bir qədər özünə gəldikdən, tənəffüsü bərpa olduqdan sonra bol maye, su, ilıq çay, qatıq verməli

--Qara kömür tableti 5-7 ədəd içilməli

-Daha sonrakı müalicə stasionarda həkim nəzarətində aparılır

-Beyin, ürək, ağciyərlər, damarlar yoxlanılır

Xəbər 1063 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +