Azərbaycan dünyanın ən güclü ölkələri sırasında
Zelenski bu gün Bakıya gəlir
Bakının girişində təmir işlərinə başlanılır
Nazirlikdən pensiyaçılara xəbərdarlıq!
Prosineçki Azərbaycan yığmasına qayıda bilər
Mövqelərimiz atəşə tutuldu
Asılılıq yaradan məhsullar açıqlandı
Karateçilərimiz İtaliyada 4-cü medalını qazandı
“Qəbələ” doğma meydanda “Sabah”ı məğlub etdi
Rafael Dadaşov evə buraxıldı


25.11.2019  18:19 

Paytaxtın Cənub qapısı miskin mənzərəni xatırladır - FOTOLAR





A+  A-

“O qədər də şiddətli olmayan, payız fəslinə xarakterik yağışdan sonra Bibiheybət məscidi ətrafındakı yolun yenidən sürüşərək çökməsi bu ərazini yenidən ictimai diqqət mərkəzinə gətirdi”.
XəzərNews.az bildirir ki, bunu Sherg.az-a açıqlamasında “Ekoloq Jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı deyib.

Qurum rəsmisi vurğulayıb ki, bu baxımsız ərazi şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirir:

“Cəmi 5-6 ay əvvəl sürüşmədən təmir olunan yol yenidən bağlandı, rəsmilər bu gün hadisə yerinə baxış keçirdilər. Görünən isə budur ki, Bakının Cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytatımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan təxminən 2 klometr məsafədə boz çöllər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, neft gölməçəri insanı məyus edir. Təəssüflə deməliyik ki, bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da, buradan başlayır.

Məsələ yalnız görüntüdə də deyil. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrindən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər. Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radiaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şosse yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur. Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar”.

Elçin Bayramlı: "Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır?"

E.Bayramlının sözlərinə görə, müxtəlif beynəlxalq tədbirlər və idman yarışları zamanı turist qismində respublikamıza gəlmiş qonaqların əksəriyyəti şəhərə bu yolla daxil olurlar:

“Yüzlərlə əcnəbi velosipedçi bu dəhşətli mənzərələri seyr edə-edə yarışır. Üstəlik, bu kadrlar yarışı işıqlandıran xarici mediada da dərc olundu. Prezident İlham Əliyevin tapşırıqları əsasında Bakıda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri fonunda paytaxtın əsas girişindəki acınacaqlı mənzərə xoşagəlməz təəssürat yaradır. Bəs, görəsən ARDNŞ-nin Ekologiya İdarəsi, BŞİH-in Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərbətlər Nazirliyi bu acınacaqlı vəziyyətlə bağlı nə düşünür? Bu boş və çirkablı ərazidə səliqə-sahman yaratmaq, yararsız tikililəri sökdürmək, ağaclar əkmək dünya miqyaslı və nüfuzlu bir şirkətə çox çətindirmi?”.

E.Bayramlı ərazidə görülən işlərdən də danışıb:

“Əlbəttə, bu ərazidə ciddi işlər görülüb- dənizkənarı bulvar Su İdmanı Sarayınadək uzadılıb, ərazi abadlaşdırılıb, yaşıllıq salınıb. Lakin Su İdmanı Sarayından Bibiheybət məscidinədək olan dənizkənarı və yolkənarı ərazi, bərbad vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ARDNŞ bu ərazini abadlaşdıra, yaşıllaşdıra bilər. Nəzərə almaq lazımdır ki, bu gün Bakıda yaşıllıq sahələrinin həcminin artırılmasına da böyük ehtiyac var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İ.Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağacın əkilməsi təşəbbüsü ilə şıxış etməsi son dərəcə təqdirəlayiqdir. Bu təşəbbüs və görülən işlər yaşıllıqlarının həcmi az olan Bakı üçün hava və su kimi vacib əhəmiyyət kəsb edir. Ümid edirik ki, yaşıllaşdırma və abadlaşdırma işlərinin mühüm bir qismi də paytaxtımızın cənub girişini əhatə edəcək, müasir şəhərimizin gözəlliyini pozan bu ərazi yaşıllığa çevriləcək”.








Xəbər 648 dəfə oxunub.




16.12.2019  12:10 

Zelenski bu gün Bakıya gəlir

16.12.2019  09:36 

Bakıda evdən meyit tapıldı

16.12.2019  09:27 

Mövqelərimiz atəşə tutuldu

15.12.2019  18:32 

Rafael Dadaşov evə buraxıldı

15.12.2019  16:23 

Masallıda zəlzələ oldu

15.12.2019  14:05 

Bakıda 12 minlik saat oğurlandı


BÜTÜN XƏBƏRLƏR +