Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


14.11.2019  14:23 

Mikayıl Cabbarov xəbərdarlıq etdi





A+  A-

Vergi islahatlarının həyata keçirilməsində xüsusi diqqət verdiyimiz məqamlardan biri də iqtisadi fəallığın təşviq edilməsidir.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayı 44 608 təşkil edib: "Başqa sözlə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb.

O cümlədən, Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin sayında 32, 9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlərin sayına gəldikdə isə 7,3 faiz artım qeydə alınıb. Bunlar sağlam rəqəmlərdir”.

M.Cabbarov qeyd edib ki, ölkədə pul kütləsi artıb: "Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2% azalıb. Sadəcə vergilərin hesablanması ilə ödənilməsi arasında müddət olduğuna görə rəqəmlər belə görünə bilər ki, bu məbləğ artır. Əslində isə bu məbləğ azalıb”.

Xəbər 3234 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +