Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


14.11.2019  08:46 

Ərdoğan Trampın məktublarını özünə qaytardı





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp birgə mətbuat konfransı keçiriblər.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, görüşün məhsuldar keçdiyini bildirən Tramp “türk və amerikalı səlahiyyətlilər F-35 probleminin həlli üçün çalışırlar” deyib.

Ərdoğan isə Trampın ona yazdığı məktubları geri qaytarıb. O bildirib ki, Trampın Məzlum Kobani kimi terrorçunu danışıqlar tərəfi kimi təqdim etməsini qəbul etmir:

“Məktubları bu gün yenidən Trampa qaytardım. Fərhad Abdi Şahin kimi terrorçunun Amerika kimi ölkənin prezidenti tərəfindən ciddiyə alınmasına təəssüf edirəm. Mərkəzi Kəşfiyyat İdarəsi onun terrorist olduğunu sübuta yetirib. FETÖ lideri Fətullah Gülən də bizə verilməlidir”.

Xatırladaq ki, Donald Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG qolunun başçısı Fərhad Abdi Şahinlə müzakirələr aparmasını istəyirdi. Məktubda təhdid dolu sözlərə də yer verilmişdi.

Xəbər 3234 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +