Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


09.11.2019  11:32 

Bu ərazilərdə qaz fasilələrlə olacaq





A+  A-

Noyabrın 9-da Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi də həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işlərini icra edəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq da əldə olunub. Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin eyni zamanda təşkili yenicə çəkiləcək asfalt örtüyünün qorunmasına səbəb olacaq və bu proses üçün bundan sonra təkrar qazıntı aparılmasına ehtiyac qalmayacaq.

Bu zaman yol keçidindəki yeraltı 325 mm diametrində polad boru 315 mm diametrində polietilen boru ilə əvəzlənəcək. Səhər saat 09:00 radələrində başlanılacaq işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq (təqribən 4 saat müddətinə) fasilələr müşahidə olunacaq.



Xəbər 1806 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +