Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


31.10.2019  17:42 

“Deputat sakinlərin yanından aidiyyatı qurumlara zəng elədi, 3 gün keçməmiş...“





A+  A-

Son zamanlar bəzi internet resurslarında “bu deputatlar seçiciləri üçün heç bir iş görməyib” başlıqlı informasiyalar yer alır. Əslində bəzi deputatların iddia etdiyi kimi bu informasiyaların heç də hamısı yalan deyil. Reallıq onu deməyə əsas verir ki, seçicilər bir çox hallarda haqlıdırlar və bəzi millət vəkilləri seçiciləri tərəfindən qaldırılan problemləri yalnız müvafiq dövlət qurumlarına ünvanlamaqla öz işlərini bitmiş hesab edirlər. Əlbəttə, bu yanaşmanı bütün deputatlara şamil etmək ədalətli deyil. 2018-ci ildə “Azadinform”-da başladığımız "Deputatın hesabatı” layihəsi çərçivəsində bir çox millət vəkilləri ilə söhbət etmiş, gördüyü işləri, seçicilərinin müraciətləri əsasında irəli sürdükləri təşəbbüsləri ictimailəşdirmişik.
Belə bir məqamda - yəni hazırda mətbuatda və sosial şəbəkələrdə qızğın müzakirələrin getdiyi ərəfədə "Deputatın hesabatı” layihəsinin formatını dəyişdik, hesabatla yerində tanış olmaq qərarına gəldik. Bu məqsədlə müraciət etdiyimiz 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin deputatı Madər Musayev təklifimizə müsbət yanaşdı, qeyd etdi ki, mətbuat və digər informasiya vasitələri məsələyə ümumi deyil, fərdi yanaşsalar daha obyektiv nəticələr ortaya qoya bilərlər. Millət vəkili əlavə etdi ki, təkcə ötən müddətdə seçildiyi 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin hüdudlarına daxil olan Biləcəri və Binəqədi qəsəbəsi ərazisində sakinlər tərəfindən qaldırılan bir sıra problemlərin həllinə dəstək olub: “Bu barədə davamlı olaraq mətbuat vasitəsilə həm ictimaiyyətə, həm də seçicilərimə məlumat vermişəm. Əgər sizin üçün də maraqlıdırsa gedin yerində görün. Bu mənim işimdir və gördüyüm işləri də reklam etməyi xoşlamıram. Nə deyim? Hər gün mətbuata çıxım ki, mən bunları edirəm… Kim maraqlanır buyursun, ərazini gəzsin, görülən işləri öz gözləri ilə görsün. Bu sizə də aiddir, əgər istəsəniz mən də sizə yol-yoldaşı ola bilərəm. Tam səmimi deyirəm, hər cür tənqidə açığam, amma bilməyərəkdən və yaxud da bilərəkdən qərəzçilik edənləri məsuliyyətli olmağa dəvət edirəm. Axı bir jurnalist tanımadığı, araşdırmadığı bir insan haqqında niyə ağlına gələni yazmalıdır?”.



Beləliklə, "Deputatın hesabatı” layihəsi çərçivəsində əməkdaşımız 10 saylı Binəqədi üçüncü Seçki Dairəsinin hüdudlarına daxil olan Biləcəri və Binəqədi qəsəbələrində millət vəkili Madər Musayevin təşəbbüsü ilə görülən işlərlə tanış oldu, sakinlərlə söhbət etdi.



Bəlli oldu ki, Madər Musayevin təşəbbüsü ilə dövlətin aidiyyatı qurumları son illər Biləcəri və Binəqədi qəsəbələrində bir sıra mühüm işlər həyata keçiriblər. Belə ki, Madər Musayevin Biləcəri qəsəbəsində əsas yolların kompleks şəkildə yenidən qurulması istiqamətində təşəbbüsləri dövlət qurumları tərəfindən müsbət qarşılanıb. Ümumi uzunluğu təqribən 5 km yaxın olan Y.Hüseynov və X.Natavan küçələri tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Mikayıl Mikayılov küçəsində 11 və 11a ünvanlı binaların ətrafına asfalt örtüyünün salınması təmin edilib. Bu yollara müasir tələblərə cavab verən yeni asfalt-beton örtüyü döşənib. Eyni zamanda, yol boyu yeni səki daşları düzülüb, işıqlandırma və kommunikasiya xətləri yenilənib.



Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 3 ünvanında yerləşən 14a saylı binada yaşadığını vurğulayan İmaj Eyvazov qeyd edib ki, ərazidə 4 bina var: “14a, 5a, 15 və 3a saylı binalar... Keçən seçkidən əvvəl Hacı Madər Musayevə yaşadığımız məhəllədən sakinlər tərəfindən müraciət olundu. Sakinlər müraciətdə bildirdilər ki, Sovet hökuməti dağılandan sonra, bu binalarda istilik qazanxanaları yoxdur. Hörmətli deputat sakinlərin yanından aidiyyatı qurumlara zəng elədi. Heç müraciətdən 3 gün keçməmişdi məsələ ilə bağlı müvafiq qurumlardan əməkdaşlar gəldi. Qısa müddətdə qazanxananın tikintisi yekunlaşdı. Madər Musayevin təşəbbüsü ilə burada 4 bina, aşağıda isə 1 korporativ bina istilik sistemləri ilə təmin edildi. Bizdən aşağı məhəllədəki binalara da istilik sistemlərinin çəkilməsi ilə bağlı işlər aparılır. Bu işlərin başında da Hacı Madər Musayevin dayandığını bilirəm. Onun gördüyü xeyirxah işlərdən nə qədər danışsaq azdır. Vaxtı dəqiq yadımda deyil, qəsəbədə 5 nəfərlik ailə qəza nəticəsində vəfat etmişdi. Onların bütün yas xərcini Hacı Madər çəkdi. Elə həmin gündən Madər Musayev bu məhəllənin sevimlisi oldu”.




* * *

Millət vəkili Biləcəri qəsəbə məscidinin təmirinə kömək göstərib, eyni zamanda məscidə gedən Aşıq Şəmşir küçəsinə asfalt örtüyünün salınmasına nail olub.

21 ildir Biləcəri qəsəbə məscidinin axundu olan Mehman Məmmədov vurğulayıb ki, ötən bir neçə ildə qəsəbədə xeyli işlər görülüb: “Ədalət naminə qeyd edim ki, bu işlərin təşəbbüskarı da millət vəkili Madər Musayev olub. Məscidin əsaslı təmiri və əsas yoldan məscidin yanı və ətrafında olan asfalt örtüyünün çəkilməsində Hacı Madərin zəhməti böyükdür. Bunu bu ərazidə yaşayan hər kəs bilir. Gəlir, insanlarla görüşür, problemləri ilə maraqlanır və çalışır ki, qaldırılan məsələlər həll olunsun”.




* * *

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Madər Musayevin təşəbbüsü ilə Biləcəri qəsəbəsində, məhəllə 50-57/68 ünvanında - 11-ci binanın qarşısında və 9-cu mikrorayon ərazisində yeni xeyir-şər evləri tikilərək istifadəyə verilib. Eyni zamanda Yəhya Hüseynov küçəsi, məhəllə 5035 ünvanda xeyir-şər evi təmir olunub və soyutma sistemləri ilə təchiz edilib.



Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yaşayan Fazil Niftəliyev millət vəkili Madər Musayevin məhəllədə xeyir-şər yerinin tikilməsində və əsaslı təmirində köməklik göstərdiyini bildirib: “Onun təşəbbüsü ilə məhəllədəki yola asfalt vurulub. Millət vəkilinin göstərişi ilə yaşadığımız məhəllədə abadlıq işləri aparılıb. Yarımçıq qalan bina var idi, həmin binanın üst hissəsinə torun vurulmasına kömək göstərib. İstədiyimiz vaxt müraciət edirik, sağ olsun, hər dəfə də yardım etməyə çalışır”.



* * *

Madər Musayevin təşəbbüsü və dəstəyi ilə Biləcəri qəsəbəsinin ərazisində yerləşən bir sıra çoxmənzilli yaşayış binalarında əhalinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Millət vəkilinin davamlı müraciətləri və israrlı xahişləri nəticəsində Mikayıl Mikayılov küçəsində 11 və 11a ünvanlı binalara istilik sisteminin çəkilməsi işləri davam etdirilir.

Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsində yaşayan Nəbi Qurbanov qeyd edib ki, Mehdi Hüseynzadə küçəsi 1a ünvanındakı qazanxanadan Mikayıl Mikayılov küçəsi yerləşən binalara istilik xətti çəkilir: “Təxminən ay yarım bundan əvvəl millət vəkili Madər Musayev ağsaqqallarla görüşdü. Görüşdə Mikayıl Mikayılov küçəsi 11 və 11a ünvanlı binalarda indiyə kimi istilik sistemlərinin olmadığını bildirdik. O da bizim xahişimizi nəzərə aldı. Artıq binalara istilik sistemlərinin çəkilişinə başlanılıb. Ağsaqqallar və sakinlər adından Madər Musayevə öz təşəkkürümüzü bildiririk. Madər müəllim təkcə burda deyil, bir çox yerlərdə öz köməyini əsirgəməyib”.




* * *

Madər Musayevin təşəbbüsü ilə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, məhəllə 5035 ünvandakı 5 binaya istilik xəttinin çəkilməsi və istixananın tikintisinə nail olunub, 5057/68 ünvanda istilikxana təmir edilib. Xəqani 14 və Füzuli 53 ünvandakı binalar üçün qazanxananın tikintisi başa çatdırılıb, yaxın müddətdə istilik xəttinin də çəkilməsi nəzərdə tutulub.

Yəhya Hüseynov küçəsi, döngə 2 ünvanında yerləşən 1, 2, 3, 4 və 5 saylı bina sakinlərinin adından danışan Rza Mirzəyev bildirib ki, millət vəkili Madər Musayevlə davamlı görüş keçirirlər: “Bizi görüş yerinə dəvət etdilər. Təxminən 50 nəfərə kimi sakinlə görüş oldu. Millət vəkili sakinlərlə görüşdə qaldırılan problemləri dinlədi. Bizim yaşadığımız ərazidəki 5 binada istilik sistemi ilə bağlı problem var idi. Madər Musayev bizim xahişimizi yerinə yetirərək istilik qazanxanasının tikilməsinə böyük dəstək göstərdi. Bir ay keçməmişdi ki, millət vəkilinin təşəbbüsü ilə əraziyə komissiya gəldi, daha sonra işə başlanıldı. İndi də istilik qazanxanasının tikilməsində işlər davam etdirilir. Yəhya Hüseynov küçəsi, döngə 2 ünvanında yerləşən 1, 2, 3, 4 və 5 saylı binada Sovet dövründən qalan istismara yararsız istilik qazanxanası yenidən qurulur. Yaxın zamanlarda binalara çəkiləcək istilik sistemləri istifadəyə veriləcək. Bütün ağsaqqallar, bina sakinləri adından hörmətli millət vəkilinə minnətdarlığımızı bildiririk. Madər Musayev təkcə bizim yaşadığımız ərazidə deyil, qəsəbənin digər ərazilərində yaşayan sakinlər tərəfindən də qaldırılan problemləri həll etməyə çalışır”.




* * *

Millət vəkilinin təşəbbüsü ilə ötən müddətdə Binəqədi qəsəbəsinin mərkəzində ümumi uzunluğu 78 metr olan yeraltı piyada keçidi inşa olunaraq sakinlərin istifadəsinə verilib. Müşahidələrimiz zamanı bəlli oldu ki, bu piyada keçidinin çıxışlarından biri 2300 şagirdin təhsil aldığı 179 nömrəli tam orta məktəbin qarşısına, digəri isə qəsəbənin mərkəzində hərəkətin sıx olduğu meydana çıxır. Yeraltı piyada keçidi bu ərazidə sakinlərin və məktəblilərin rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində mühüm rol oynayır.



Ayrı-ayrı küçə və binaların həyətyanı sahələrinin abadlaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və yolların asfaltlanması istiqamətində də sakinlərin müraciətlərini cavabsız qoymayan millət vəkilinin təklifləri əsasında Binəqədi qəsəbəsi ərazisində bir çox işlər görülüb. Belə ki, 43-cü korpusda, Gülüstan yaşayış massivində və Binəqədi kənd məscidinin ətrafındakı küçələrdə asfalt örtüyünün dəyişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sakinlər tərəfindən razılıq hissi ilə qarşılanıb.



Binəqədi qəsəbəsində görülən abadlıq işləri sosial mahiyyət daşımaqla bərabər, milli-mənəvi dəyərlərin qorunub saxlanması kimi amillərə də xidmət edir. Binəqədi qəsəbəsindəki bir əsrdən çox tarixi olan Mədəniyyət Evinin əsaslı təmirində Hacı Madər Musayevin xidmətləri danılmazdır.



Binəqədi qəsəbəsində şagird sıxlığı probleminin aradan qaldırılması məqsədilə 182 saylı tam orta məktəb üçün 1560 yerlik yeni tədris binası inşa olunub. Qəsəbədəki 86 saylı uşaq bağçası millət vəkili Madər Musayevin təklifləri nəticəsində Dövlət Proqramına salınaraq yenidən qurulub.

* * *

Millət vəkili Madər Musayevin yaxından köməkliyi ilə rayonun 9-cu mikrorayon ərazisində yerləşən 219 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Eyni zamanda 9 və 9a mikrorayonlarının bir neçə çoxmənzilli yaşayış binalarında əhalinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib.

* * *

Sakinlər bildirir ki, M.Musayev qəsəbədə görülən işlər zaman ərazidə olur, iş icraçıları, seçiciləri ilə görüşür, onların müraciətlərini, təkliflərini dinləyir, 1988-ci ildən başlayaraq hər il Novruz, Ramazan və Qurban bayramlarında ərazidə yaşayan 500-dən çox şəhid ailəsinə, Qarabağ qazilərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə bayram hədiyyələri təqdim edir.

Xəbər 1613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +