AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


28.10.2019  16:20 

““Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim edir”





A+  A-

“Nar” müştərilərin ehtiyac və gözləntilərini qarşılamaqla onların məmnuniyyətinin artmasına davamlı investisiya yatırır. Mobil operator hər zaman müxtəlif müştəri qruplarının konkret ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir”.
XəzərNews.az xəbər verir ki, bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke “Business Time” jurnalına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Nar”ın abunəçilərin seçiminə çevrilməsinin əsas səbəbi müştəri yönümlü məhsullardır: “Bizim xidmətlər hər bir müştərinin ehtiyacları əsasında, onları məmnun etmək məqsədilə hazırlanır. Müştərilərimizin bu və ya digər məhsul və xidmətlərimizə olan tələbatını öyrənməklə və araşdırmaqla, demək olar ki, hər bir müştəri qrupu üçün fərdi yanaşma tapa bilmişik. Onlara münasib həllər arasında seçim etməyə imkan veririk”.

“Nar”ın müştəri məmnuniyyətinin artırılmasına davamlı investisiya qoyduğunu deyən Q.Panke əlavə edib ki, ilk növbədə, xərclərin tam şəffaflığını təmin etməklə rahat və istifadəsi asan məhsullar təqdim edilir: “İkincisi, rəqəmsallaşma bir çox müştərilər üçün vacibdir. Lakin biz ənənəvi, fiziki kanallar vasitəsilə xidmət olunmağı üstün tutan müştərilərin ehtiyaclarını da diqqətdən kənarda saxlamırıq. Üçüncü şüarımız isə məhsullarımızı qiymət baxımından münasib saxlamaq üçün xərcləri minimallaşdırmaqdır. Bizim üçün ölkənin ən çox müştəri yönümlü mobil operatoru olmaq budur”. Baş icraçı direktor əlavə edib ki, müştərilər mobil operatordan keyfiyyətli şəbəkə xidməti gözləyir və hazırda “Nar”ın təklif etdiyi geniş əhatəlilik və şəbəkə Qərb ölkələri səviyyəsindədir.

Mobil operatorun qarşıda duran strategiyası barədə də danışan Q.Panke qeyd edib ki, gələcəkdə diqqət yönəldiləcək sahələrdən biri müştərilər üçün təqdim olunan xidmət və həllərin daha da təkmilləşdirilməsidir. Bundan başqa, məmnun olan və doğru yerdə olduqlarına əmin olan müştəri bazası hesabına təbii artıma nail olmaqdır. Qeyd edək ki, Azerfon”un Baş icraçı direktoru Qunnar Pankenin “Business Time” jurnalına geniş müsahibəsini aşağıdakı keçid vasitəsilə oxumaq olar: http://fins.az/musahibe/1001411/nar-musterilerin-ehtiyaclarina-cavab-veren-mehsullar-teqdim-etmekdedir.html

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni əhatə edir və 8500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +