Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


11.10.2019  16:58 

Azərbaycanda brakonyerlik edən 182 nəfər məsuliyyətə cəlb olunub





A+  A-

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin təyinatının bir hissəsi ekoloji cinayətkarlığa, brakonyerliyə, ov qaydalarının pozulmasına qarşı mübarizə, balıq və digər su bioresurslarının mühafizəsi sahəsində profilaktik tədbirlər həyata keçirməkdən ibarətdir”.
XəzərNews.az xəbər verir ki, bunu su hövzələrində balıq ehtiyatlarının artırılması perspektivləri, balıq ehtiyatlarının qorunması və mühafizəsinin gücləndirilməsi məqsədi ilə ictimai dəstəyin formalaşdırılması mövzusunda həvəskar balıqçıların da iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən dəyirmi masada Su nəqliyyatında polis idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov bildirib.

“Ekoloji cinayətkarlığa, brokonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və Respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində 2019-cu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılmış, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 84 izibati xəta faktı aşkar edilmişdir. Cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfər məsuliyyətə cəlb olunmuş, onlardan qanunsuz balıqovlamada istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krivet və digər su bioresursları götürülmüşdür. Cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulmuş, bundan istintaq zamanı 20 min manatı ödənilmişdir. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə edilmişlər.

Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə polis əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilmiş, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülmüşdür.

Xəzər dənizinin sahilində Yerin təkinin qorunması və istifadə qaydalarını pozaraq qanunsuz qum, balıqqulağı yüklədiklərinə görə vətəndaşlar saxlanılmış, sənədləşdirilmiş və təhqiqata təhvil verilmişdir.

Son vaxtlar ölkə rəhbərinin apardığı məqsədyönlü tədbirlər nəticəsində Respublika ərazisində, regionlarda akvakulturanın inkişafı sayəsində, süni göllərin yaradılması nəticəsində yeni iş yerlərinin açılması ilə əlaqədar brakonyerliklə məşğul olanların sayı azalmış, buna baxmayaraq bu sahədə görüləcək işlər hələ də çoxdur”.

Dəyirmi masada Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev də iştirak edib.

“Lakin, problemlər hələ də mövcuddur və hələ də qanunla Azərbaycana idxalına qadağa qoyulmuş sintetik torların açıq satışı, bu torların su hövzələrində brakonyerlər tərəfindən istifadəsi davam edir. Bəzi hallarda çevik tədbirlərin görülməməsi, əhalinin etinasızlığı, ictimaiyyətin bu hallara göz yumması brakonyerliyin hələ də davam etməsinə səbəb olur. Təkcə brakonyerlik deyil, neftlə çirklənmiş suların, kanalizasiya sularının və diğər sənaye tullantılarının təmizlənmədən su hövzələrinə axıdılması da su hövzələrini çirkləndirir və bu da balıq ehtiyatlarının məhvinə səbəb olur.

Həvəskar Balıqçılar İttifaqı olaraq biz aidiyyəti qurumlarla birgə brakonyerliyin aradan qaldırılması üçün təkliflər planı hazırlayıb bu problemin aradan qaldırılmasına çalışırıq. Əminik ki, birgə əməkdaşlığımız böyük işlərin görülməsinə gətirib çıxaracaq.

Problemlərin, yəni qadağan olunmuş vasitələrlə, qadağan olunmuş vaxtlarda balıq ovuna icazə verilməməsi və Azərbaycanda həvəskar balıq ovunun inkişafı üçün Daxili İşlər, Gənclər və İdman Nazirliklərinin və Turizm Agentliyinin də dəstəyinə böyük ehtiyacımız var. Ümid edirik ki, bu problemlərə düzgün yanaşıldığı halda onları birgə həll edə bilərik. Həll etmək dedikdə, minimuma endirilməsini nəzərdə tuturuq, çünki inkişaf etmiş ölkələrdə də brakonyerlik halları var, ona görə də tam aradan qaldıra bilməsək də, heç olmasa onların sayını azalda bilərik. Bunun üçün kimisə ittiham etmək yerinə birgə məsələnin həllinə çalışmalıyıq”.

Xəbər 1350 dəfə oxunub.




28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +