İnstaqram bu filtri ləğv edir
Rövzət Qasımov MSK sədrinin müavini seçildi
Kərəm Həsənov da vəzifəsini itirdi
Əhməd Bilalov ABŞ-da evində saxlanıldı
DİM imtahan keçirəcək
“Whatsapp”dan yeni funksiya
AMEA prezidenti istefa verdi
Siqareti tərgitməyə kömək edən məhsullar açıqlandı
Ən varlı insanlar bu ölkədə yaşayır
Britaniyada “Brexit” qalmaqalı - Conson qərarını verdi


09.10.2019  09:32 

Onların baş tutmayan Baş nazirlik sevdaları - kimə niyyət, kimə qismət...





A+  A-

Azərbaycanda son ilyarımda Baş nazir ikinci dəfə dəyişdirildi. Novruz Məmmədovun istefaya getməsinin ardından həmin posta Əli Əsədov təyin edildi.
Ə.Əsədov həmin posta təyin edilənədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışırdı.

Maraqlıdır ki, Artur Rasi-zadə hökumət başçısı postunu tərk edəndən sonra sözügedən vəzifəyə təyinat alanlar ictimaiyyət tərəfindən proqnozlaşdırılmayan şəxslərdir. Həm Məmmədov, həm də Əsədovun adları Baş nazirlik üçün demək olar, hallanmayıb.

Əvəzində isə Rasizadənin Nazirlər Kabinetinin başçısı olduğu dövrdə - 1996-2018-ci illərdə - bir çox iri məmurların bu post uğrunda mübarizəsindən bəhs edilirdi.

Məsələn, 2000-ci illərin əvvəllərindən etibarən o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyevlə həmin vaxt Dövlət Gömrük Komitəsinə rəhbərlik edən Kəmaləddin Heydərovun Baş nazirlik uğrunda mübarizəsi mətbuatda və cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan idi.

2005-ci ildə F.Əliyevin vəzifəsini və azadlığını itirməsindən sonra bu dəfə də yeni iqtisadi inkişaf naziri Heydər Babayevlə K.Heydərov arasında hökumət başçısı olmaq uğrunda gizli rəqabət getdiyi deyilirdi. Həmin rəqabət də hazırda fövqəladə hallar naziri postunu tutan sabiq "gömrük şefi"nin yarımçıq qələbəsi ilə bitdi. Babayev 2008-ci ildə gözlənilmədən hökumətin yeni formalaşan tərkibindən kənarda qaldı. Bu zaman belə fikirlər yayılmağa başladı ki, Rasi-zadənin varisinin məhz Heydərov olacağına artıq şübhə etməyə dəyməz.

Lakin Rasi-zadə daha 10 il bu postda çalışdı, onun vəzifəsindən uzaqlaşdırılmasından sonra isə Baş nazir görəvinə həmin vaxt Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri vəzifəsində işləyən Novruz Məmmədov gətirildi. Məmmədov bu postda cəmi ilyarım qala bildi və o, Əli Əsədovla əvəzləndi.

Beləliklə, adı uzun müddətdir Baş nazirliyə iddialılar arasında çəkilənlərdən heç biri - nə K.Heydərov, nə də digərləri bu dəfə də yüksək posta təyin edilə bilmədi.

Son illərdə Azərbaycanda Baş nazir olmaq istəyənlər arasında həmçinin sabiq əmək və əhalinin sosial müdafisəi naziri Səlim Müslümovun, hazırki iqtisadiyyat naziri Şahin Mustafayevlə maliyyə naziri Samir Şərifovun, 1999-2003-cü illərdə Baş nazirin müavini, 2003-cü ildən indiyədək isə birinci müavini postunu tutan Yaqub Eyyubovun da adı hallanıb.

Ancaq göründüyü kimi bu, onların çoxillik şirin arzusu, ya da mətbuatın quru iddiası olaraq qalmaqdadır... (qaynarinfo.az)

Xəbər 1126 dəfə oxunub.




23.10.2019  21:37 

İnstaqram bu filtri ləğv edir

23.10.2019  17:09 

AMEA-nın yeni prezidenti seçildi

23.10.2019  13:24 

Monitorinq insidentsiz başa çatdı

23.10.2019  13:11 

Sabah 25 dərəcə isti olacaq

23.10.2019  11:19 

Dünən qəzalarda 4 nəfər ölüb

23.10.2019  10:57 

DİM imtahan keçirəcək

23.10.2019  09:43 

2 rayonda qaz olmayacaq

23.10.2019  09:15 

“Whatsapp”dan yeni funksiya

23.10.2019  09:07 

AMEA prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +