Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək


04.10.2019  21:30 

“Gələn ilin əvvəlindən pensiyalar artacaq“ - Nazir





A+  A-

"Bu il ərzində Azərbaycanda pensiyaların minimum məbləği 2 dəfə artıb. Oktyabrın 1-dən əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb".
XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, ümumilikdə minimum pensiya artımı bu il 72 faiz civarında olub: “Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə görə MDB məkanında birinci yerdədir. Son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib. Əlavə olaraq əmək haqqının artması ilə əlaqədar olaraq xüsusi şərtlərlə pensiyaya çıxan 100 min vətəndaşın pensiyaları sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Yəni, ümumilikdə pensiya sahəsində ikinci sosial paket 750 min vətəndaşı əhatə edib".

Nazir qeyd edib ki, oktyabrın 1-dən etibarən yeni qanunvericilik aktı qüvvəyə minib: "Bu ayın sonuna qədər bütün pensiyaçılar öz pensiyalarını müvafiq artımla alacaqlar. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır. Bu il orta əmək haqqında 14-15 faiz artımın olacağı gözlənilir. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bizim proqnozumuz 14-15 faiz ətrafındadır. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyaçıların pensiyaları bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq, eyni zamanda növbəti ilin əvvəlindən hər kəsin pensiyası orta aylıq əmək haqqının artımına uyğun olaraq 14-15 faiz məbləğində artacaq”.

Xəbər 1869 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +