XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


01.10.2019  09:03 

“Fuad Poladov tüpürüb getdi” - Afaq Bəşirqızı





A+  A-

Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişinin qonağı olub.
XəzərNews.az xəbər verir ki, Afaq Bəşiqrızı verilişdə Prezident İlham Əliyevin mədəniyyət işçiləri ilə görüşü zamanı ölkə başçısına müraciətindən söz açıb. Aktrisanın sözlərinə görə, həmin çıxışdan sonra prezidentin imzaladığı müvafiq sərəncamlarla teatr sahəsində müsbət dəyişikliklər olub:

"O vaxtdan bu yana aktyorların maaşı 50 faiz artdır. Müraciətimdən sonra cənab prezident teatra akademik adı verdi. Ona görə də əlavə faiz artımı oldu. Sentyabrın 1-dən də maaşlar daha 40 faiz artdı. Yenə də sözümün üstündə dururam ki, prezidentin imzaladığı sərəncamdan sui-istifadə edən məmurlar var. O faiz söhbətlərində də qeyri-qanuni işlər görüldü. Belə başa düşürəm ki, bunu məmurlara tərgidə bilməyəcəyik. Bunu təkcə Afaq Bəşirqızı deməməlidir. İncəsənətə dəyər verənlər səsimə qoşulmalıdırlar. İncəsənətdə hegamonluq edənlər digər sahələrdən qat-qat çoxdurlar. Amma bu sahədə hegamonluq olmaz. Burada "bu mənimdir, ata malıdır" deyilməməlidir. Təəssüf ki, buna susmaqla cavab veririk. Mən üzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirirəm. Amma başqasına deyə bilmirəm ki, vətəndaş, adam ol. Buna mədəniyyətim imkan vermir. Amma onun şüuru var, başa düşməlidir ki, onun üçün danışmışam. Teatrın problemi həddindən artıq çoxdur. Teatr aləmində təsadüfi, teatrı başa düşməyən, qanmayan adamlar var. Yenidən prezidentlə görüşmək imkanım olsa, xahiş edərdim ki, bir islahat keçirsin".

Afaq Bəşirqızı Fuad Poladovun ölümündən əvvəl teatrdan ayrılmasından da danışıb:

"Fuad Poladov haqsızlığı götürmədi. O, öz sözünü deməyi bacaran xarakter idi. Fuad Poladov gərək sözünü deyəydi. O, tüpürüb çıxdı. Amma bu, onun uduşu yox, ölümü oldu. Poladova təsir edən hadisə qısa zamanda onu çox ağır xəstəliyə tuturdu və o, vəfat etdi".

Xəbər 1587 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +