Britaniyada “Brexit” qalmaqalı - Conson qərarını verdi
““Real TV” ABŞ səfirliyindən üzr istəməyib” - Mirşahin
Sərxoş oğul 83 yaşlı anasını döydü
İki avtobusun marşrutu dəyişir
Sosial yardım alanlara ŞAD XƏBƏR - ARTIRILIR
Bu yollar bağlanacaq - Sürücülərə xəbərdarlıq!
Sabah 25 dərəcə isti olacaq
Türkiyədə “Ergenekon” işinə baxan hakim saxlanıldı
Xəzərdə zəlzələ olub
ABŞ bu dəfə Türkiyəni müharibə ilə hədələdi


30.09.2019  22:18 

“Həyat təkcə deputat fəaliyyətindən ibarət deyil” - Rəfael Cəbrayılov





A+  A-

"Azərbaycanda hüquqi, demokratik cəmiyyət yaranıb. Nəinki deputatı, hətta naziri də məhkəməyə vermək olar".
XəzərNews.az xəbər verir ki, bunu mandatından imtina edən sabiq millət vəkili Rafael Cəbrayılov keçirdiyi mətbuat konfransında deyib.

Borc qalmaqalına görə gündəmə gələn Cəbrayılov bir sıra məsələlərə aydınlıq gətirib:

"Tam səmimi deyirəm, meşşan həyat tərzindən uzağam. Mənim hamıyla səmimi münasibətim var. Çox kasıb bir ailədə doğulmuşam. Atamın ən böyük vəzifəsi avtobus sürücüsü olub. Anam bir gün də işləməyib. 9 uşaqlı ailənin ən böyüyü mənəm. Mən avtobus sürücüsünün qazandığı qəpiklərlə böyüməyin, bir uşağın digərinin paltarını geyinib məktəbə getməyin nə olduğunu yaxşı bilirəm. Həmişə də bununla fəxr etmişəm. Kasıb ailədə böyüyənlər daha yüksək mənəvi keyfiyyətə malik olurlar, nəinki milyonların içində böyüyənlər. Atdığım addımı qəbahət hesab etmirəm. Hər gün 7-8 problemin həlli ilə məşğul oluram. Seçicilərimlə bağlı hər gün bəlkə də 10-dan artıq dövlət qurumlarına müraciət edirəm.

Mən KİV-ə açıq biriyəm. Çoxlu dostlarım var və heç birindən incimirəm. "Deputat mandatını girov qoyub" adlı informasiyanı paylaşma ehtirası əleyhinə çıxa bilməyiblər. Düz də ediblər. Bəlkə də mən də belə edərdim. Çünki çox sensasion məlumatdır. Amma bir dost kimi kiçik irad tutmaq istəyirəm. Axı həmin insana müraciət etmək olardı. Gedib çəkiliş etmək lazım idi. "Qurani-Kərim"i 20 dəfədən çox oxumuşam. Bilirsiz ki, Allah Davud peyğəmbərə mübahisəli məsələlərin həll etmək bacarığını vermişdi. Qarşı tərəfin mövqeyini mütləq dinləmək lazımdır.

Əvvəllər prokurorluqda işləmişəm, sonra da Parlamentə gəldim. Heç vaxt vəzifədən ikiəlli tutmamışam. Belə olanda, insan mənəvi keyfiyyətlərini bir o qədər də itirir. Sadəcə, açıqlama verməkdə gecikdim. Leksikonunda şərəf, ləyaqət olmayan insanlar məni tənqid etməyə başladı. Onların çoxunu şəxsən tanıyıram. İstefanın siyasi mədəniyyət olduğunu anlamayanlardır. Elə bir mühit yarandı ki, bu şəkildə fəaliyyətimi davam etdirmək istəmədim. Buna görə də üzr istəyərək istefa vermək qərarına gəldim. Mən əqidəsini tez-tez dəyişən insanlardan deyiləm. Kommunist partiyasının biletini hələ də saxlayıram. Cəlil Məmmədquluzadə demişkən, bəlkə də qaytardılar. Lenin siyasi əqidəsini dəyişənləri fahişə adlandırırdı. Mənim siyasi əqidəm budur və bu cür də qalacam.

Mərkəzi Seçki Komissiyası hansı qərar verəcəksə, bunu məmnuniyyətlə qarşılayacam.Həyat yoldaşım ikinci dəfə ürək əməliyyatı keçirdi. Belə olan vəziyyətdə adamın gözünə heç nə görünmür. Azərbaycandan başqa heç yerdə yaşaya bilmərəm. Daima Azərbaycanda olacam. Həyat təkcə deputat fəaliyyətindən ibarət deyil. Elmlər doktoruyam, 9-10 kitabın müəllifiyəm. Universitetlərin birində dərs deyə bilərəm. Bir sözlə, öz fəaliyyətimlə məşğul olacam.

Mənim üçün deputatlıq fəaliyyətindən daha önəmli məsələ həyat yoldaşımın sağlamlığıdır. Mən Türkiyədən diqtə elədiyim istefa ərizəmi köməkçim hazırlayıb saxladı, gəlib imza çəkəndən sonra aparıb verdi. İnternetə baxanda dəhşətə gəlirdim. Elə absurd məsələlər yazırdılar ki... Qardaşımın şirkəti ilə bağlanılan müqavilə mənim adıma çıxarılırdı. Elə bir atmosfer yarandı ki, hər kəs ağzına gələni danışdı. Düşündüm ki, istefa versəm, daha münasib olacaq".

Xəbər 657 dəfə oxunub.




22.10.2019  17:58 

Məzənnə açıqlandı

22.10.2019  17:19 

Ronaldoya 100 milyon avroluq təklif

22.10.2019  17:05 

İki avtobusun marşrutu dəyişir

22.10.2019  16:38 

Daha bir qadın piyada öldü

22.10.2019  12:09 

Sabah 25 dərəcə isti olacaq

22.10.2019  09:34 

Atəşkəs 20 dəfə pozulub

22.10.2019  09:25 

Xəzərdə zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +