Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.09.2019  13:24 

Cəbrayılovun mandatı nə vaxt alınacaq? - MSK-dan CAVAB





A+  A-

“Deputat özü ərizə ilə mandatının ləğv olunmasını istəyirsə, Mərkəzi Seçki Komissiyasında bu istək qısa zamanda reallaşacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Lent.az -a açıqlamasında Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli bildirib. Onun sözlərinə görə, deputat əgər özü ərizə yazaraq istefa verirsə, Komissiya tərəfindən hər hansı araşdırma aparılmadan mandatına xitam veriləcək:

“Deputat mandatının ləğv olunması ilə bağlı Milli Məclisə müraciət edib. Bu müraciəti əvvəlcə Milli Məclis müzakirə edəcək. Əgər Milli Məclis deputatın istefa ərizəsini təsdiqləyib Mərkəzi Seçki Komissiyasına müraciət edəcəksə, Komissiya bu zaman heç bir araşdırma aparmayacaq. Çünki deputat özü mandatından imtina üçün ərizə yazırsa, əlavə araşdırmaya ehtiyac yoxdur. Milli Məclisin Mərkəzi Seçki Komissiyasına müraciət edəcəyi təqdirdə Rafael Cəbrayılovun deputatlıq mandatına qısa müddətdə xitam veriləcək. Biz hazırda Milli Məclisin müraciətini gözləyirik. Müraciət olunacağı təqdirdə, 2 gün ərzində tərəfimizdən baxılıb qərar veriləcək”.

Xatırladaq ki, Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Ə. Hüseynli deyib ki, deputatın mandatdan məhrum edilməsi ilə bağlı son qərarı Mərkəzi Seçki Komissiyası qəbul edir. Parlament müraciəti Mərkəzi Seçki Komissiyasına göndərəcək və Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.

Bi müddət öncə Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub.

R.Cəbrayılov 2015-ci ildən bəri ancaq qalmaqallarla, ona məxsus tikinti şirkətinin vətəndaşları aldatması, sələmçilik və s. hadisələrlə gündəmə gəlib. Bundan az əvvəl Bakı sakini Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadıldığını bildirmişdilər.
Deputatla qardaşının “Dərhal” MMC firması bir neçə vətəndaşı aldadıb, indiyə qədər iş məhkəmələrdədir.
Mirəhməd Abbasov deputat Rəfail Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək, sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olub, digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadıb. Onun 165 min manat pullarını mənimsəyib.
Ona aid olduğu söylənən tikinti şirkəti ilə Rusiyanın “Nikoil Bank”ı arasında da məhkəmə çəkişməsi olub.
Bank R.Cəbrayılovun və qardaşlarının 1,1 milyon dollar borclarını ödəmədiyini əsas göstərək, məhkəməyə müraciət etmişdi.
14.11.2012-ci ildə Ali Məhkəmədə “NikoilBank”ın deputat R.Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevə qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi keçirilmiş və kasasiya şikayəti təmin olunmamışdı.
Bundan başqa, deputata və onun yeznəsinə qarşı iddia “AG Bank” ASC tərəfindən qaldırılıb.
Belə ki, R.Cəbrayılov və kiçik bacısının həyat yoldaşı olan sürücüsü Talıbov Aqil Mirqasım oğlu bankdan külli miqdarda kredit götürüblər. Daha sonra isə ödənişlərdə problem yaranıb. Belə olduqda “AG Bank” ASC Abşeron Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsi üzrə borcun tutulması və borc tələbinin ipoteka predmetinə yönəldilməsini tələb edib.

Xəbər 865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +