Əli Kərimli saxlanıldı
UEFA “Neftçi”ni 40 min avro cərimələdi
Avtobusların hərəkət sxemi dəyişdirildi
İstirahət günü yağış yağacaq
“28 May”a gedən bütün küçələr bağlandı
Mitinqə görə metronun 3 stansiyası bağlandı
Axtarışda olan narkotik alverçiləri saxlanılıb
Yerə asteroid yaxınlaşır
Atəşkəs yenə pozuldu
Rusiyada bənd uçdu, 10 nəfər öldü


30.09.2019  11:43 

“Kirayə evlərlə bağlı müraciət bu il aktivləşdirilə bilər”





A+  A-

“Artıq kirayə evlərlə bağlı müraciət mexanizmi hazırdır və müraciətin aktiv hala gətirilməsinə ehtiyac var. Belə ki, fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək”.
XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, burada məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımız zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etməkdir: “Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçirilir. Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. Müraciət yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə ilə də kirayə evlərə müraciət edə biləcəklər.

Digər tərəfdən, kirayə evlər üçün əsas maliyyə bazası fondun yerləşdirdiyi istiqrazlardan əldə edilən gəlir olacağı gözlənilir Fond 110 milyon manatlıq istiqraz yerləşdirməsi prosesinə başlayıb. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 25 iyun 2019-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 110 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir. Qeydiyyata almadan qısa müddət sonra fond istiqrazların yerləşdirilməsi barədə elanlar yerləşdirməyə başlayıb. 22 İyul, 19 avqust, 13 sentyabr tarixində belə elanlar fond tərəfindən yayımlanıb. Sonuncu dəfə, sentyabrın 13-də fond 30 milyon manatlıq istiqraz satıb. Deməli, fond maliyyə cəlb edir. Adi ipoteka kreditlərin verilməsinin, demək olar, dayandırıldığını nəzərə alsaq, fondun bu vəsaiti kirayə təklif etmək üçün mənzillərin alışına yönəltdiyini güman etmək olar”.

V. Bayramov bildirib ki, rəsmi açıqlamalar yayılmasa da, bizdə olan məlumata görə, fond birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verir: “Xüsusən də Xırdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Güman olunur ki, marağın yüksək olmasını nəzərə alaraq fond çalışır ki, müraciət başlayan zaman daha çox mənzil təklif etmək imkanı olsun ki, tələbi müəyyən hissəsini qarşılaya bilsin. Bununla belə, mövcud şərtlər daxilində fond kirayə evlər ilə bağlı müraciəti bu il aktivləşdirə bilər”.

Xəbər 566 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2019  18:56 

Əli Kərimli saxlanıldı

19.10.2019  13:54 

İstirahət günü yağış yağacaq

19.10.2019  11:20 

Yerə asteroid yaxınlaşır

19.10.2019  10:43 

Atəşkəs yenə pozuldu

18.10.2019  12:09 

Əsəbdən yaranan 7 xəstəlik

18.10.2019  09:57 

Bu ərazilərdə qaz kəsiləcək

18.10.2019  09:06 

“El Klasiko” təxirə salındı

18.10.2019  08:43 

Balın bilmədiyiniz faydaları


BÜTÜN XƏBƏRLƏR +