Özünü pis hiss edən adam futbol oynamaz... - Yaxın dostu İdrak Camalbəyli haqqında nələr dedi?
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb


30.09.2019  09:46 

Sabahdan çağırış başlayır - Bu çağırışçılar əsgər aparılmır





A+  A-

Ölkə başçısının sərəncamına əsasən, sabahdan - oktyabrın 1-dən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Proses oktyabrın 30-dək davam edəcək.
Oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar sentyabrın 24-də Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.

Belə ki, müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edirlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Sentyabrın 24-dən vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur.

Dövlət Xidmətinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər çağırış komissiyalarının qərarı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 15-ci maddəsinə əsasən
müəyyənləşdirilir.

“Qanunun 15.1. maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.

Bundan əlavə 15.2. maddəyə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:

15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti
yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə
məhdud yararlılıq haqqında;
15.2.5. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə
yararsızlıq haqqında”.

Dövlət Xidmətindən onu da bildiriblər ki, çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərilərkən hərbi xidmətə yararlılığı və məhdudiyyəti Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən müəyyən edilir.

“Qeyd edək ki, çağırışçıların antropometrik göstəricilərinə (boy, çəki) əsasən, hərbi xidmətə yararlılığı həmin Əsasnamənin 13-cü maddəsində öz əksini tapıb”.

Həmin maddədə bildirilir:

“Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin kəmiyyətinin boyun metrlə ifadə olunmuş kəmiyyətinin kvadratına bölünməsi ilə təyin edilən bədən çəkisi indeksindən (BÇİ=bədən çəkisi (kq) : boyun kəmiyyətinin (m-lə) kvadratı) istifadə olunur. Bədən çəkisinin indeksi (BÇİ) 18—25 yaşlı şəxslər üçün normada 19,5—22,9; zəif qidalanma üçün—18,5—19,4; hipotrofiya olanda 18,5-dan az; I dərəcəli piylənmədə 27,5—29,9; II dərəcəli piylənmədə 30,0—34,9; III dərəcəli piylənmədə 35,0—39,9; IV dərəcəli piylənmədə isə 40,0 və çox sayılır. 26—45 yaşlı şəxslər üçün normada 20,0—25,9; zəyif qidalanma üçün 19,0—19,9; hipotrofiya olanda 19,0-dan az; I dərəcəli piylənmədə 28,0—30,9; II dərəcəli piylənmədə 31,0—35,9; III dərəcəli piylənmədə 36,0—40,9; IV dərəcəli piylənmədə isə 41,0 və çox sayılır.
Normada və qidalanma pozulmalarında boy və bədən çəkisi kəmiyyətlərinin nisbəti 1 nömrəli cədvəldə («Bədən çəkisinin və boyun normada və qidalanma pozuntularında nisbəti») verilmişdir".
(Əsasnaməyə görə, 1 nömrəli cədvəl dərc olunmur).

Son dövrlərdə çağırışçılar arasında xəstəliklərin artması və ya azalması məsələsi ilə bağlı məlumatların verilməsinə gəldikdə, Dövlət Xidməti bunu məqsədəmüvafiq hesab edilməyib.

Xəbər 1187 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +