“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


27.09.2019  17:03 

“Elina işi”ndə tibb bacısı ifadə verdi: “Direktor təcili yardım çağırmağa qoymadı!”





A+  A-

162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar cəhdinə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru Sevinc Abbasovanın mühakiməsi sentyabrın 27-də davam etdirilib.
XəzərNews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, məhkəmədə iki şahid dindirilib - məktəbin tibb bacısı Ləman Nuriyeva və Elinanın dostu olmuş Ramin Rəhimov.

L.Nuriyeva ifadəsində deyib ki, hadisə günü dərhal təcili tibbi yardım çağrılmasını istəyib, amma onun dediklərinə əhəmiyyət verilməyib. Əksinə, direktor ondan kabinetindən çıxmağı tələb edib:

«Həmin gün poliklinikaya gedirdim. Mənə zəng vurub yoldan qaytardılar, dedilər ki, belə hadisə baş verib. Mən direktorun otağına daxil olanda Elina divanda uzanmışdı. Açıq yara görmədim, təzyiqini ölçdüm, 70-60 idi. Dedim ki, təcili tibbi yardım çağırmaq lazımdır. Hamı susdu, əhəmiyyət verən olmadı.
15-20 dəqiqədən sonda təzyiq 60-50-yə düşmüşdü, 40-a doğru gedirdi, bədəni soyumağa başlamışdı. Bunun daxili qanaxma ilə bağlı olmasından şübhələndim. Yenə təcili tibbi yardım çağrılmasının lazım olduğunu dedim. Lakin direktor Sevinc Abbasova mənə dedi ki, «çıx otaqdan, get, öz kabinetinə, çölə də çıxma, təcili tibbi yardımı özüm çağıracağam».

Tibb bacısının sözlərinə görə, onu sonradan direktorun otağına çağıranda orada polisləri və Xalidə Bayramovanı görüb. Yenə Elinanın təzyiqini ölçüb, təxminən 10 dəqiqədən sonra təcili yardım gəlib.

L.Nuriyeva həmin vaxt Elina ilə aralarındakı söhbətdən də danışıb: «Elina dedi ki, heç nə hiss eləmir, huşu başında idi. Mənə dedilər ki, Elina dərman içib. Özü də dedi ki, «Ketatfen» içmişəm, amma qədərini bilmirdi».

Şahid sualları cavablandıranda bir daha açıq şəkildə deyib ki, direktor ona təcili yardım çağırmağa icazə verməmişdi.

Digər şahid Ramin Rəhimov deyir ki, Elina ilə iki ay idi tanış idilər. Elina ona məktəbdəki münasibətdən şikayətlənib: «Elina deyirdi ki, onu məktəbdə incidirlər. Direktor və müavininə bu barədə məlumat verib, amma heç bir tədbir görülməyib».

Məhkəmə prosesi oktyabrın 2-də davam edəcək.

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd olunur. E.Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

«Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib»,-Baş Prokurorluğun açıqlamasında belə yazılmışdı.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər.

Məhkəmənin hazırlıq iclasında bəlli olub ki, istintaqın gedişində 125-ci maddəyə (özünü öldürmə həddinə çatdırma) artıq xitam verilib.

Xəbər 2614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +