Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?
Direktor və müavini işdən azad edildi
Moskvalılar ilk görüşdə yaxın münasibətə necə baxır?
Putinin təyyarəsi ilə bağlı təxribata... - Cavabı sarsıdıcı olacaq
AFFA “Neftçi“ni 9 700 manat cərimələdi
Fərman Abbasov vəzifəsindən atıldı
“Okean Avtosalon“da yeni cinayət işi
Bu idarə 300 min manatlıq dəftərxana ləvazimatı alıb
Klinikanın külli miqdarda vergi borcu var


26.09.2019  18:12 

İşığın güzəştli limiti artırıla bilər - AÇIQLAMA





A+  A-

Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel 2019-cu il qərarı ilə əhali üçün təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Bu il mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanır. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödənilir.
Həmin dövrdə işığa tətbiq edilən limitin artırılacağı bildirilsə də, məsələ elə təklif olaraq qaldı.

Maraqlıdır, qarşıdan payız-qış mövsümünün gəlməsi səbəbilə elektrik enerjisinə tələbatın artacağı nəzərə alınaraq, məsələyə yenidən baxıla bilərmi? Ümumiyyətlə, işıq limitinə baxılması məsələsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaqmı?

XəzərNews.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, mətbuatda yer alan təkliflər təqdirəlayiqdir:

“Təkliflər var ki, məktəblilər ictimai nəqliyyatda gedişhaqqından azad edilsin, minimum əməkhaqqından gəlir vergisi tutulmasın, dərsliklərə yenidən baxılsın və s. Ayrı-ayrı şəxslərin, ekspertlərin bu fikirləri çox maraqlıdır. Nəzərə almaq lazımdır ki, bunların hamısı dövlət büdcəsindən asılı olan məsələlərdir. Qazın limitinə dəyişiklik edildikdən sonra “Azərenerji”, “Azərişıq” rəhbərliyilə görüşlər keçirmişdik. Onların arqumenti bu idi ki, güzəştə getmək üçün kifayət qədər gəlirləri yoxdur. Bu məsələyə baxılması üçün dövlət tərəfindən mütləq dotasiya ayrılmalıdır”.

V.Əhmədov qeyd edib ki, payız sessiyasında əhalini narahat edən bir çox məsələlərə toxunulacaq:

“Amma istənilən halda dövlət başçısının göstərişilə Milli Məclisdə məsələyə baxıla bilər”.

Məlumata görə, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

Mənbə bildirir ki, hazırda "Azərenerji"ASC-də hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Xəbər 3526 dəfə oxunub.




21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +