Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.09.2019  13:11 

Yanukoviç Ukraynaya qayıtmağa hazırlaşır





A+  A-

Dövlətə xəyanətdə ittiham olunduğundan 2014-cü ildə Ukraynadan qaçan keçmiş Prezident Viktor Yanukoviç ölkəsinə qayıtmağa hazırlaşır.
XəzərNews.az-ın “5 kanal”a istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Vitali Serdyuk Kiyevin Appelyasiya Məhkəməsində keçmiş dövlət başçısı barədə çıxarılan hökmdən verilən etiraz iclasından sonra bildirib.

Onun sözlərinə görə, indi əsas məqsəd Yanukoviç Ukrayna qayıtdığı zaman həbs olunmamağıdır.

Serdyuk qeyd edib ki, V. Yanukoviç hazırda müvəqqəti olaraq Rusiyadadır.

Xatırladaq ki, V. Yanukoviç 2014-cü ilin fevralın 22-də Maydan hadisələrindən sonra Rusiyaya qaçıb. Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.



Xəbər 3191 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +