Müdafiə Nazirliyi daha bir məlumat yaydı
Sabah Bakıda 35 dərəcə isti olacaq
Neft Daşlarında dalğa 2.6 metrə çatıb
Ermənistana məxsus PUA məhv edildi
Türkiyədən Ermənistana sərt cavab
Türkiyə 7 şəhid verdi
Ermənistan vətəndaşı Azərbaycana keçdi + Video
Milli Məclisdəki dağıntıların görüntüsü - VİDEO
Tovuzda daha bir evə mərmi düşdü + Video
Daha bir həkim koronavirusdan vəfat etdi


19.09.2019  10:18 

Yeni istifadəyə verilən eskalator niyə dayandı?





A+  A-

Bu gün səhər saatlarında yeni istifadəyə verilmiş “Xətai” stansiyasında eskalator qəfil dayanıb.
XəzərNews.az xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman bir qadının halı pisləşib və yıxlıb. Bu zaman gənclərdən biri ona yardım edərək yuxarıya qaldırıb. Sərnişinlərin bildirdiyinə görə, bu vəziyyət ötən gün də baş verib. Onlar yeni istifadəyə verilmiş eskalatorun qəfil dayanmasının səbəbini sorğulayırlar.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, ötən gün baş verən dayanma sərnişinlərdən birinin ehtiyatsız davranması səbəbindən olub: “Belə ki, yeni eskalatorlarda stop düyməsi var. Köhnə eskalatorlarda isə bu düymə açar formasındadır. Sərnişinlərdən kimsə ötən gün bir dəfə düyməni sıxıb. Nəticədə eskalatorların hərəkəti dayanıb. Onu qeyd edim ki, stansiyalarda yeni qurulan eskalatorlar daimi nəzarət altındadır. Sərnişinlər də görür ki, əməkdaşlarım hər gün baxış keçirir, təhlillər aparır. Çünki eskalator bir neçə gündür ki, sərnişin yükü altında işləyir. Bu, təhlükəsizlik tədbiridir və texniki normativlərə əsasən baxılmalıdır.Biz sərnişinlərə bu düymələrlə bağlı xəbərdarlıq edirik. Bu gün səhər dayanmanın səbəbi isə plastik maddə qırıntısının eskalatora düşməsidir. Eskalatora hər hansı bir qırıntı düşdüyü halda, sistem bununla bağlı siqnal verir. Əməkdaşlar isə bu zaman təhlükəsizlik baxımından eskalatoru saxlamalıdır və baxış keçirməlidir. 2 dəqiqə müddətində eskalatora baxış keçirilib və sonra qoşulub”.

Xəbər 649 dəfə oxunub.




16.07.2020  09:22 

Türkiyə 7 şəhid verdi

16.07.2020  09:07 

Ferma yandı, yaralanan var

16.07.2020  08:43 

Tovuzda döyüş gedir - Rəsmi

15.07.2020  14:39 

Sabaha olan hava proqnozu


BÜTÜN XƏBƏRLƏR +