“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


18.09.2019  17:04 

Azərbaycanlı həkim TUTULDU - Rüşvətə görə





A+  A-

Türkiyədə dövlət xəstəxanasında çalışan azərbaycanlı cərrah xəstələrdən rüşvət aldığına görə həbs edilib.
XəzərNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı plastik cərrah Elnarə Məmmədova xəstələrdən “bıçaq pulu” almaqda ittiham olunaraq, həbs edilib. Onun müalicə üçün gələn 8 xəstədən müxtəlif miqdarda rüşvət tələb etdiyi məlum olub.

Məsələ barədə polisə məlumat verən xəstə yaxınlarının şikayəti əsasında 3 aylıq izləmədən sonra cinayət başında yaxalanan Elnarə Məmmədovaya qarşı istintaq başladılıb.

Qeyd edək ki, Türkiyə qanunlarına görə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özü və ya başqası üçün faydalanmağa çalışan, yaxud buna cəhd edən vəzifəli şəxs beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilir.

Xəbər 1026 dəfə oxunub.




16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +