Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


18.09.2019  16:37 

Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır





A+  A-

2018-2019-cu tədris ilinin sonuna olan məlumata əsasən, yerli ali təhsil müəssisələrində 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır.
Bu barədə XəzərNews.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkədə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya kimi ölkələrdən olmaqla 90-dan çox ölkənin vətəndaşlarıdır.

Sözügedən əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti yer alır. Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin əsas hissəsi bakalavriat səviyyəsi və hazırlıq kurslarında təhsilalanlardır. Digər qismi isə magistratura, doktorantura və rezidentura təhsil səviyyələrində təhsil alırlar. Tələbələr sırasında tibb, sosial və humanitar elmlər, mədəniyyət-incəsənət və iqtisadiyyat və idarəetmə yönümlü ixtisaslarda təhsil alanlar üstünlük təşkil edirlər.

2018-2019-cu tədris ilindən etibarən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis edilən təhsil qrantı proqramından sonra təhsil qrantı çərçivəsində Azərbaycanda təhsil almaq hüququ qazanmış ölkələrin coğrafi əhatəliliyi genişlənib. Belə ki, uzaq San-Tome və Prinsipi Demokratik Respublikası, Vanuatu, Lesoto və Timor-Leste kimi dövlətlərdən ilk dəfə əcnəbi tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul edilib.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşviqi Təhsil Nazirliyinin prioritet istiqamətlərdən biridir.

Xəbər 1040 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +