Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto
Deputatlar tətilə çıxdı
Sabah gündüz 34-38° isti olacaq


14.09.2019  12:10 

Son günlər uşaqlar niyə qusur? - Valideynlər narahatdır





A+  A-

Qusma, iştahsızlıq və ishal... Son günlərdə uşağında sadaladığımız əlamətləri görən xeyli valideyn narahat olaraq xəstəxanalara müraciət edib. Məlum olub ki, bu xüsusiyyətlər “bağırsaq qripi” kimi adlandırılan rotavirus infeksiyasının əsas göstəriciləridir.
Bəs bu virus uşaqlar üçün nə dərəcədə təhlükəlidir?

XəzərNews.az-ın məlumatına göə, “Qafqazinfo”nun suallarını cavablandıran pediatr Aytən İsmayılzadə bildirib ki, sözügedən virus təhlükəli bir infeksiya deyil. Xəstəliyin ömrü 1 həftə -10 gün arası çəkir və həmin zaman zədələnən yer nazik bağırsağın divarı olur:

“Əlamətləri qusma, ishal və hərarətin qalxmasıdır. Heç bir dərman vasitəsinin rolu yoxdur. Sadəcə itirilmiş mineral duzlar və suyun bərpası üçün işlər görülməlidir. Bəzən belə olan halda uşaqları imalə edirlər, ancaq bunun mənası yoxdur. Həmin müddətdə uşaq iştahsız ola bilər. Yaxşı olar ki, onu yeməyə məcbur etməsinlər. Səbirlə yanaşmaq lazımdır. Uşaq ev şəraitində saxlanılmalıdır.
Uşaqlara qaşıq-qaşıq suyun içirilməsi məqsədəuyğundur. Antibiotiklər verilə bilər, ancaq bu, düzgün vasitə sayılmır. Çünki bu, bakteriya yox, virusdur. Uşağın qusması hədsiz çox olduqda qarşısı alınmalıdır. Çünki bu, zəhərlənmə qusması deyil və mədənin xəstələndiyi üçün baş verib.
İshal zamanı qan və ya selik olmur. Sadəcə bol sulu ishaldır. Qusma ilə başlayır və daha sonra ishalla davam edir”.



Pediatrın sözlərinə görə, virus bir uşaqdan digərinə kontakt yolu ilə keçir:

“Rotavirusa yoluxmuş uşaq tualetdə olarkən viruslar onun paltarına sıçrayır, daha sonra nəsə yeyir və həmin qidadan başqa uşaq da istifadə etdiyi zaman yoluxma halı baş verir. Yoluxmuş uşaqda əlamətlər həmin gün yox, iki gün sonra özünü göstərəcək.

Həmin vaxt uşaqlara şəkərli yeməklər vermək olmaz. Çünki virus şəkəri parçalayan hüceyrələri zədələyir, şəkər yığılır qalır, çox sulu ishal baş verir. Əsasən 1-2 yaş arası uşaqlarda qarında ağrılar, halsızlıq və hərarət kimi özünü göstərir, 3-5 yaş arası uşaqlar isə daha rahat keçirir.

Rotavirus əleyhinə peyvənd var. Ancaq risk qrupunda olan, immuniteti aşağı uşaqlara edilir”.

Aytən İsmayılzadə son olaraq bildirib ki, virus mövsümü xarakter daşımır:

“Hər zaman bizə bununla bağlı müraciətlər daxil olur. Yay aylarında uşaqlar dənizə gedir, meyvə tərəvəzdən çox istifadə olunur və xəstəlik də oral – fekal (nəcisə bulaşmış nəyinsə ağıza aparılması) yolla yayıldığından şikayətlərdə artım müşahidə oluna bilər”.

Xəbər 2851 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu


BÜTÜN XƏBƏRLƏR +