200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


07.09.2019  17:23 

Neftçalada ağır yol qəzası - 3 ölü, 3 yaralı





A+  A-

Bu gün günorta saatlarında Neftçala rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala-Xolqarabucaq yolunda “Mercedes” və “Lexsus” markalı minik maşınları qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində “Lexsus”un əslən Neftçala rayonunun Xolqarabucaq kəndindən olan, hazırda Bakı şəhərində yaşayan 1961-cu il təvəllüdlü sürücüsü Xanlar Ayaz oğlu Xankişiyev və onun 1962-ci ildə anadan olmuş həyat yoldaşı Mərviyyə Qurban qızı Xankişiyeva, “Mercedes-C”nin sürücüsü, Neftçala rayonunun Xolqarabucaq kənd sakini Habil Əbülfət oğlu Həşimovun bacısı qızı, 2017-ci ildə anadan olmuş Humay Elçin qızı Ələkbərova dünyalarını dəyişib.

Qəzada xəsarət alan sürücü Habil Həşimov və daha 2 nəfər də Neftçala Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisənin yüksək sürətlə hərəkətdə olan “Mercedes-C”nin qabaq təkərinin qəfildən partlaması nəticəsində idarəetməni itirdiyindən baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1841 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +