Bu gün 7 şagird virusa yoluxub
Yoluxanların sayı artdı
Sabah hava dumanlı olacaq
Deputat da “Pikap”ların yığılmasından danışdı
Eldar Həsənovun şəriki də həbs edildi
“Medistyle” qanunsuz işləyirmiş
Azərbaycanda həkimlərin sayı kəskin azalıb
Sabaha olan hava proqnozu
Metroda problem yarandı
Gürcüstanda yoluxma sayı 200-ü keçdi


07.09.2019  15:38 

Gübrələrin güzəştli səyyar satışına başlanılacaq





A+  A-

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına yenidən başlanılır.
Kənd Təsərrüfatı Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə yerindəcə güzəştdən yararlanaraq, mineral gübrə əldə edə biləcəklər. Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.

Regionlar üzrə keçiriləcək səyyar satışa ilk olaraq Şəmkir rayonun ucqar dağ kəndlərindən start verilib.

Mövsüm qabağı əhalinin şumaltı gübrələrə olan tələbatının təmin olunması ilə əlaqədar, ilk səyyar satış sentyabr ayının 10-da Şəmkir rayonun Ələsgərli kəndində həyata keçiriləcək. Ələsgərli və bu kəndə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Qeydə edək ki, “Aqrolizinq” ASC tərəfindən bu kimi səyyar satışlar 2019-cu il aprel ayına kimi azot gübrəsinin mövsümü zamanı da vətəndaşlar üçün təşkil edilib. Respublikanın bütün regionlarını əhatə edən səyyar satış xidmətindən fermer və kəndlilər yararlanıblar.

Xəbər 774 dəfə oxunub.



23.09.2020  17:54 

Bu gün 7 şagird virusa yoluxub

23.09.2020  17:21 

Yoluxanların sayı artdı

23.09.2020  13:43 

Sabah hava dumanlı olacaq

23.09.2020  11:58 

Navalnı xəstəxanadan buraxıldı

22.09.2020  22:03 

Sabah bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +