Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


04.09.2019  11:30 

“Dorian”ın qurbanlarının sayı artdı





A+  A-

Baham adalarında hökm sürən “Dorian” qasırğası səbəbindən ölənlərin sayı artıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qasırğa 7 nəfərin həyatına son qoyub. Bu barədə Baham adalarının Baş Naziri Qubert Minnis Milli Fövqəladə İdarəetmə Agentliyinin qərargahında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən gün Nyu Providens adasındakı xəstəxanaların birinə ağır yaralı olaraq yerləşdirilən daha iki nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 7 nəfərə çatıb.

Baş Nazir bildirib ki, çox güman ki, bunlar son rəqəmlər deyil.

Minnis ən azı 25 nəfərin xəsarət aldığını da sözlərinə əlavə edib.

O, həmçinin qeyd edib ki, “Dorian” Abako və Böyük Baham kimi iki böyük adaya ciddi ziyan vurub.

Qeyd edək ki, qasırğaya görə Corciya, Cənubi Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.



Xəbər 3159 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +