Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


28.08.2019  14:29 

AFFA-dan “Sumqayıt”ın prezidentinə xəbərdarlıq





A+  A-

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 2-ci turunda baş verən hadisələr müzakirə olunub.
XəzərNews.az xəbər verir ki, Premyer Liqanın II turunun “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildirmişdilər.

İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasovu bu hala görə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslərin İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqları bildirilib.

Xəbər 2754 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +