Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


22.08.2019  16:12 

BMT-nin Baş katibi müraciət yaydı





A+  A-

BMT-nin Baş katibi Antonio Quterreş dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanların xatirəsinə həsr olunmuş beynəlxalq gün münasibətilə müraciət yayıb.
XəzərNews.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Son bir neçə ayda, dini mənsubiyyət və inancına görə hədəfə alınan şəxslərə və qruplara qarşı artan hücumların şahidi olduq. Yəhudilər sinaqoqlarda qətlə yetirilib, onların məzarları svastikalarla təhqir olunub; müsəlmanlar məscidlərdə güllələnib, onların ibadət yerləri dağıdılıb; xristianlar ibadət zamanı öldürülüb və kilsələri yandırılıb.

Yeni Zelandiya, Şri-Lanka və Amerika Birləşmiş Ştatlarında olduğu kimi bir çox hücumlar məqsədyönlü şəkildə ibadət yerlərini hədəfə alıb. Suriyadan tutmuş Mərkəzi Afrika Respublikasına qədər, bir çox münaqişələrdə bütün icmalar məhz inanclarına görə hücuma məruz qalıblar.

Dünyanın bütün əsas dinləri tolerantlığı və ortaq humanizm ruhunda dinc birgə yaşamı dəstəkləyir. Biz, qərəzli şəkildə dindən istifadə edərək yanlış təsəvvürlərin yaradılmasına, ədavətə təşviq edənlərə, qorxu və nifrətin yayılmasına çağıranlara müqavimət göstərməli və bunları rədd etməliyik. Müxtəliflik zənginliyin və gücün mənbəyidir; o heç vaxt təhlükə yaratmır.

Bu gün tarixdə ilk dəfə olaraq biz dini mənsubiyyəti və inancına görə zorakılığa məruz qalan qurbanların xatirəsinə həsr olunmuş Beynəlxalq günü qeyd edirik.

Bu gün biz, dini mənsubiyyəti və inancına görə zorakılığın qurbanına çevrilənlərə sarsılmaz dəstəyimizi bir daha bəyan edirik. Dəstəyimizi, bu cür hücumların qarşısını almaq üçün əlimizdən gələni edərək və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edərək göstəririk.

Birləşmiş Millətlər Təşkilatı bu sahədə öz səylərini iki yeni təşəbbüs çərçivəsində genişləndirir – Nifrət nitqinə dair BMT-nin ilk strategiyası və fəaliyyət planı, eləcə də dini yerlərin qorunması üçün fəaliyyət planı. Dini mənsubiyyətə və inanca görə zorakılıq təhdidini aradan qaldırmağın ən yaxşı yolu səylərimizi birləşdirmək, nifrət mesajlarını sülh mesajları ilə cavab vermək, müxtəlifliyi qəbul etmək və insan haqlarını qorumaqdır.

Dünya antisemitizm, müsəlmanlara qarşı nifrət, xristian və digər dini qrupların təqibi, eləcə də irqçilik, ksenofobiya, ayrı-seçkilik və zorakılığa təhrikin bütün formalarını aradan qaldırmaq üçün səylərini artırmalıdır. Bəşər övladı olaraq qarşılıqlı anlaşmanı təşviq etməliyik.

Hər kəsin bir-birinə qayğı göstərmək, müxtəlifliyə hörmət etmək və sülh içində birgə yaşamaq məsuliyyəti var".

Xəbər 2566 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +