AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


18.08.2019  17:04 

İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - İrqçiliyə görə





A+  A-

İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” - “Çelsi” matçı zamanı irqçiliyə yol verən şərhçi İsmayıl Abdullayev 1 ay müddətinə efirdən uzaqlaşdırılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Abdullayevin özü İnstaqram hesabında paylaşım edib:

“Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.

Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin qaradərili futbolçusu N`Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.

Xəbər 1073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +