İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.06.2019  10:19 

Region gənclərinin informasiya müharibəsində fəal iştirakı labüddür





A+  A-

Təkcə Facebook sosial şəbəkəsinin yüz milyonlarla “sakini” var. Sosial şəbəkələr imkan verir ki, insanlar sərhədsiz, kimlə istəyir ünsiyyət qursun. Sosial şəbəkələrin müsbət cəhəti də çoxdur. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır.

Amma sosial şəbəkələrdən düzgün istifadə etmədikdə müəyyən problemlərə rast gəlmək olar. Xüsusən insanların aldadılması, müxtəlif cərəyanlara cəlb edilməsi mümkündür. Ən vacib məqam insanların bu sahədə maarifləndirilməsidir.

İnsanlar sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də bilməlidirlər. Bilirsiniz ki, sosial şəbəkələrdə çoxlu sayda informasiya toplanır. Bu informasiyalardan pis məqsədlər üçün də istifadə edilə bilər. Buna görə də sosial şəbəkələrdə işləyərkən mütləq məlumatlı olmaq lazımdır. Orda gənclərimizi, qızlarımızı bizim istəmədiyimiz cərəyanlara cəlb etmək imkanları var. İnsanları aldadaraq, müəyyən münasibətlər quraraq onlardan sonra istifadə edə bilərlər. Bu təhlükə hər zaman var. Buna görə də insanlar çox diqqətli olmalıdırlar. Lakin, bütün bunlarla yanaşı, sosial şəbəkələrin üstünlükləri də çoxdur.

Gənclərin milli maraqların müdafiəsinə cəlb edilməsi məsələsində internetin rolu əvəzsizdir. Həmçinin, informasiya müharibəsi anlayışı bu rolu daha da əhəmiyyətli edir.

Xocalı faciəsi, o cümlədən xalqımızın başına gətirilən digər müsibətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq bu gün ölkəmizin apardığı informasiya müharibəsinin mühüm tərkib hissəsidir. Cəmiyyətimizin proqressiv üzvləri ölkəmizin təbliğatında, milli maraqların qorunmasında, yad qüvvələrə qarşı informasiya savaşında mübariz olmalı, əllərindən gələni nümyiş etdirməlidirlər.
Sevindirici hal odur ki, vətənpərvər gənclərimiz son illər bu işdə xüsusi fəallıq nümayiş etdirirlər. İnformasiya müharibəsində gənclərin fəal iştirakı labüddür.

Bölgələrdə bu yöndə mühüm inkişaf da nəzərə çarpır. Misal olaraq, Lənkəran gəncləri də bu məsuliyyəti hiss edirlər. Xüsusən də ali təhsil ocağı, orta ixtisas təhsil müəssisələri və orta məktəblərin yuxarı sininf şagirdləri bu işdə daha fəaldırlar. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə hər il rayon gəncləri Xocalı soyqırımı, 20 Yanvar ümumxalq hüzn günü və 31 mart dünya azərbaycanlılarının soyqırım günündə elektron-poçt kampaniyası təşkil edirlər. Bununla da gənclər Vətən üçün öz mənəvi borclarını qismən də olsa, ödəməyə çalışırlar.

Elektron aksiyanın məqsədi tarix boyu xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Lənkəranda yaşayan ən aktiv gənclər həmin günlərdə dünyanın bütün humanitar təşkilatlarının, səfirliklərin, ABŞ konqresmenlərinin ünvanına internet vasitəsilə məktublar, fotolar və videolar göndərirlər. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Lənkəran Dövlət Universitetinin rəsmi saytında “Azərbaycan həqiqətləri” adlı bölmə fəaliyyət göstərir. Bu da informasiya müharibəsində atılan addımlardan biridir.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Xəbər 426 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +