“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


07.08.2019  15:57 

Azərbaycanda yol qəzalarının sayı artıb – Dəhşətli STATİSTİKA





A+  A-

2019-cu ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 822 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Statistika Komitəsindən (DSK) XəzərNews.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,2 faiz artaraq 1087 nəfər olub:

“Onlardan 342-si həlak olub, 745-i isə yaralanıb. Hadisələrin 46,3 faizi gündüz, 36,5 faizi gecə, 17,2 faizi isə toran vaxtı baş vermiş, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,7 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 0,4 faiz azalaraq 249 nəfər, yaralananların sayı isə 0,7 faiz azalaraq 723 nəfər olub”.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı:



Rəsmi məlumatda bildirilib ki, bütün yol-nəqliyyat hadisələrinin 43,7 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,1 faizi (0,7 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi (24,8 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş veriv:

“Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81 faizini, yaralananların isə 73,4 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 12 hadisə baş verib. Nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hadisələrin 66,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib”.

Xəbər 1833 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +