AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


31.07.2019  14:24 

İnsanları ölümə aparan “fast food” PROBLEMİ





A+  A-

Almaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb. Azərbaycan həmin sırada ilk onluqdadır.
Həmçinin, tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə, kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.

Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı isə müzakirə mövzusudur. “Fast food” qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir.

“Fast food” adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir.

Qeyri-sağlam qidalanma səbəbi ilə ölüm hallarının ən yüksək olduğu ölkələrin ilk onluğunda keçmiş SSRİ ölkələridir.

Özbəkistan – hər 100 minə 394 ölüm halı

Türkmənistan – 376

Qırğızıstan – 350

Ukrayna – 349

Moldova – 328

Azərbaycan – 319

Belarus – 313

Tacikistan – 310

Qazaxıstan – 306

Rusiya – 291

Azərbaycanda hazırda “Fast Food” istehlakı hansı vəziyyətdədir?

XəzərNews.az bildirir ki, bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlama verib:

“Dünyada bu ən əsas problemlərdən biridir. Hər 3 ildən bir Azad İstehlakçılar Birliyi Beynəlxalq İsteklakçı Təşkilatının üzvü olaraq müxtəlif dünya ölkələri toplaşırıq və dünyanın bu problemlərini müzakirə edirik. Lakin nə etmək olar?! Bazar iqtisadiyyatı insan amilini arxada qoyur. Mən hazırda çox məşhur bir alimin kitabını oxuyuram. Məlum olub ki, qeyri-sağlam qidalanma səbəbi ilə ölənlərin sayı terrorçuların öldürdüyü insan sayısını qat-qat üstələyir. Yəni bazar iqtisadiyyatı şəraitində nə olursa-olsun istehlakçıdan pul qoparmaq əsas məsələdir. Azərbaycan da artıq dünya ölkələrindən geri qalmır. Artıq McDonalds, KFC kimi məşhur brendlər də Azərbaycana gəlib və “işlərini görürlər”. Paralel olaraq Türkiyənin dönərxanaları da “Fast Food” olaraq bazara girməyi bacarıb”.

Eyyub Hüseynov dönərxanaların həll olunmamış problem kimi qaldığını vurğuladı.

“Ölkədə dönərləri qanuni hazırlayan, onu sok-dondurmadan keçirib dönərxanalara çatdıran 2 şirkət var. “AzProtein Food’s Group” və “Halal nemət, 1000 Bərəkət” şirkəti. Onlar təhlükəsiz şəkildə dönərləri hazırlayıb dönərxanalara çatdırır, məhz buna görə də dövlət onları müdafiə edir. Lakin Azərbaycanda olan 15 min dönərxanadan heç 1%-i də onlardan istifadə etmir. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələyə diqqət yetirməli və dönərxanalar qida reysterinə daxil olmalıdır”.

Xəbər 1381 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +