AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


30.07.2019  15:04 

Mətbuat Şurası KİV nümayəndələrinə müraciət etdi





A+  A-

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin əməkdaşlarına müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Azərbaycan Mətbuat Şurası jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələrinə hər zaman ciddi önəm verib. Bunun tənzimlənməsi üçün Şuranın Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyası fəaliyyətdədir. Komissiyanın tərkibinə MŞ-nin İdarə Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər və Ədliyyə Nazirliklərindən nümayəndələr daxildir.

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu da var ki, onun missiyası bilavasitə kütləvi aksiyalar zamanı jurnalistlərin peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə dəstək göstərilməsinə yönəlib.

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələri təmsilçilərinin peşə vəzifələrini sərbəst və maneəsiz icrasının daha səmərəli yollarını müəyyənləşdirmək, mövcud istiqamətdəki prosesləri tənzimləmək məqsədilə Daxili İşlər Nazirliyi ilə birgə koordisiya edilmiş iş rejimində fəaliyyətdədir.

Xüsusən də paytaxt Bakı şəhərində müxtəlif rəy sorğuları aparmaq, reportajlar hazırlamaq, jurnalist fəaliyyətindən irəli gələn digər tədbirlər görmək istəyən KİV əməkdaşları hər hansı çətinlik və anlaşılmazlıqla qarşılaşacaqları təqdirdə hər iki qurumun nümayəndələrindən ibarət monitorinq qrupuna məlumat verə bilərlər. Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsindən və MŞ-dən nümayəndələr müəyyənləşdirilib. Onların əlaqə vasitələri aşağıdakı kimidir:

Elşad Hacıyev, Bakı Şəhər Baş Polis İdarəsi - (055) 2889553; (012) 590 68 81
Əvəz Rüstəmov, Azərbaycan Mətbuat Şurası - (050) 206 96 02; (012) 441 35 30".

Xəbər 1588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +