Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.07.2019  14:26 

Nənəsini öldürüb yandıran Eldara hökm oxundu





A+  A-

Bakıda nənəsini bıçaqlayaraq öldürüb sonra evlə birlikdə meyiti yandırmaqda təqsirləndirilən 25 yaşlı Eldar Əfəndiyevə hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin hökmü ilə E.Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2018-ci il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Xəbər 3545 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +