İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR


30.07.2019  09:01 

Azərbaycanda ətin qiymətini kimlər qaldırır?





A+  A-

"Son üç ildə aqrar sahə ilə bağlı müəyyən addımların atılmasına baxmayaraq, təəssüf ki, problemlərin həllinə sistemli yanaşmanın şahidi olmuruq".
XəzərNews.az xəbər verir ki, bu fikriləri Reyting.az-a açıqlamasında ReAL partiyanın icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib. Onun sözlərinə görə, son illər kənd təsərrüfatında istehsalda da, ixracatda da müəyyən artımlar olsa da, başqa problemlər yaranıb.

Yerli məhsullar xaricə daşınır

N. Cəfərli bildirib ki, ölkə əhalisinin tələbatı ödənilmədən yerli məhsullar xaricə ixrac edilir. Daxili istehlakı ödəmədən xarici ixracata yönəlik siyasətin aparılması isə daxili bazarda məhsulların qıtlığına və qiymətlərin artmasına gətirib çıxarır. Çünki aqrar sahədə istehsalın cəmi 3 faiz artmasına baxmayaraq, ixracatda 10 faizə yaxın artım var. Ekspertin fikrincə, ixracatın artımı ölkəyə valyuta daxil olması baxımından müsbət olsa da, məhsuldarlıqla bağlı problem daxil bazarda məyyən qıtlıq yaradıb. Bu isə qiymət artımı ilə nəticələnib.

Ətin qiymətini qaldıran səbəblər...

Ekspert nəzərə çatdırıb ki, sistemli yanaşma olmadığından texniki bitkilərə üstünlük verilir. Ənənəvi bostançılıq rayonlarında texniki bitkilərə çox yer verilməsi, əsasən də pambıqçılığın artırılması bostan məhsullarının qıtlığı və bahalaşması ilə nəticələnib:

"Əvvəl maldarlığın inkişaf etdiyi, otlaq sahələrinin çox olduğu rayonlarda da texniki bitkilərin əkilməsinə başlanılması yeni problemlər yaradıb. Yəni, son iki ildə ət də bahalaşıb.

Problemlərə kompleks, sistemli yanaşmanın olmaması ciddi problemlərə yol açır. Ölkənin kənd təsərrüfatının inkişafı üçün öncə araşdırma aparılmalıdır ki, hansı sahələrdə münbit şərait var, hansı sahələr daha lazımlıdır. Ondan sonra iş qurulmalıdır".

Məhsuldarlıq enir, qiymətlər qalxır

İqtisadçı bildirib ki, aqrar sahədə əsas məsələ məhsuldarlıq olsa da, buna lazımi diqqət ayrılmır:

"Bir məsələni də qeyd edim ki, Azərbaycanda məhsuldarlıq azdır. İnkişaf eləmiş ölkələrlə müqayisədə ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalı 3 dəfə aşağıdır. Məsələn, taxılçılıqda məhsuldarlıq 3 dəfə, bostan məhsulları 2 dəfə aşağıdır. Aqrotexniki qaydalara doğru-dürüst əməl olunmaması, elmi yanaşmanın tətbiq edilməməsi, əkinə yararlı torpaqların azlığını da nəzərə alsaq, aqrar siyasətə daha həssas, daha düzgün yanaşma tətbiq olunmalıdır. Bunun olmaması məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir".

"Hələ çox iş görülməlidir..."

N. Cəfərli ölkədə aqrar siyasəti reallaşdıran Kənd Təsərüfatı Nazirliyinin (KTN) fəaliyyəti, qurumun idarəetmə sistemi barədə də fikirlərini bölüşüb. Bildirib ki, KTN-nin yeni rəhbərliyi müəyyən dəyişikliklərin edilməsinə çalışır: "Yeni məlumat bazasının yaradılması, fermerlərə texniki dəstəyin göstərilməsi ilə bağlı müəyyən addımlar atılır, amma bunlar yetərli deyil. Çünki Kənd Təsərrüfatı Nazirliyi əsasən regionlarda çalışmalı, yerli icra hakimiyyəti orqanları ilə ahəng şəkildə iş qurmalıdır. Amma bu məsələdə də ciddi uyğunsuzluq var.

KTN ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqənin zəif olması isə işlərin "axsamasına” səbəb olur. İdarəetmənin təkmilləşdirilməsi yönündə növbəti islahat xarakterli addımların atılmasına, güclü kadr potensialının yaradılmasına, xaricdə ölkəmiz üçün yeni kadrların formalaşdırılmasına ehtiyac var. Təəssüf ki, bu yöndə ciddi addımların atıldığını görmürük.

Ən pisi odur ki, bizdə idarəetmənin ahəngi yoxdur. Müxtəlif nazirliklərin maraqları kəsişəndə hər nazirlik öz marağı çərçivəsində hərəkət edir. Eyni zamanda, yerli icra hakimiyyətləri də öz maraqlarından çıxış edəndə, bu, problemlərin həllinə kompleks yanaşmaya mane olur. Ölkədə bütün sahələrdə vəziyyət eynidir. Amma kənd təsərrüfatındakı ağır durum hər kəs tərəfindən açıq şəkildə hiss olunur. On görə də aqrar sahədə idarəetmə təkmilləşdirilməli, müasirləşdirilməlidir. Mənə elə gəlir ki, nazirliyin yeni rəhbərliyi bu yöndə hələ çox işi görməlidir".

Xəbər 1791 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +